BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Babaoğlu: "Ermənilər öz içlərində casus ovuna başlayıblar"

“Ermənistan səksəkə içindədir və bunun yeganə səbəbi Ermənistanın işğalçılıq siyasəti, qonşu xalqlara qarşı olan etnik nifrətidir. Baxmayaraq ki, bu gün artıq müharibə başa çatıb, ermənilər daim nəyə görə kapitulyasiya aktına imza atdıqlarının səbəbini və günahkarları axtarırlar. Heç şübhəsiz ki, günahkar da, səbəbkar da ermənilərin özləridir. Bunu etiraf etməkdənsə, kimisə günahlandırmaq üçün öz içlərində casus ovuna başlayıblar. Bu, Ermənistan cəmiyyətinin qeyri-sağlam cəmiyyət olmasının göstəricisidir və uzun müddət davam edəcək”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyanın guya Azərbaycana casusluqda şübhəli bilinərək "Zvarnots" hava limanında saxlanılmasından danışarkən deyib.

 

“Ermənistan cəmiyyəti ağır psixoloji əzabdan yalnız o vaxt xilas ola bilər ki, sözün əsl mənasında, beyinlərindəki, ictimai yaddaşlarındakı etnik nifrət hislərini silə bilsinlər, qonşu ölkələrlə, xalqlarla normal şəkildə yaşamağı öyrənsinlər, Ermənistanı monoetnik dövlət olmaqdan xilas etsinlər. Bunun üçün Ermənistana xeyli vaxt lazım olacaq. Bu da bir şərtlə ki, cəmiyyətə düzgün, sağlam düşüncəli yeni ideyalar təqdim olunsun. Azərbaycanın gücü-qüdrəti, ədalətli mövqeyi erməni cəmiyyətinin bu cür deqradasiyasının əsaslarını yaradır. Çıxış yolu isə məhz ermənilərin Azərbaycana qarşı etnik nifrətdən əl çəkməyi bacarmalarındadır”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 29 Avqust 2025, 15:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin