BURADA REKLAMINIZ OLA
BİLƏR

“Avto drive” şirkəti 1 milyon cərimələndi - QƏRAR

"Avto drive" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) 1023216,78 rubl inzibati cərimə yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası şirkətə valyuta tənzimi qaydalarının pozulması ilə bağlı protokol tərtib edib.

 

Nərimanov Rayon Məhkəməsi protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.

"Avto drive" MMC  təxminən 27 min AZN olan cərimə ilə bağlı qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

 

 

Tarix: 12 Dekabr 2019, 11:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin