BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Ölkənin xeyrinə hansı addım atılırsa, dərhal deyir ki, ermənilər bizə gülürlər…"

"Azərbaycanda hansısa bir hadisə baş verəndə bir neçə "Facebook" cızma(qaraçı)sı dərhal erməni cızma (qaraçı)lara istinad edirlər. Dünən və bu gün də bunun şahidi olduq".

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev deyib.

"Allah qoymasa bir iqtisadçı azərbaycanlı var. İqtisadiyyatın hansı sahəsində ixtisaslaşdığını da bilmir. Ölkədə nə baş verirsə, ölkənin xeyrinə hansı addım atılırsa, dərhal deyir ki, ermənilər bizə gülürlər, yaxud ermənilərin xeyrinə işlədi. Adam tək deyil. Xeyli züy tutanı da var. Erməni nektarı bunların başını yaman gicəlləndirib. Bir də qrant pulları insanı manqurtaşdırarmış. Bu artıq təkzibolunmaz fakta çevrilib" - E.Əliyev bildirib.

Tarix: 16 İyul 2020, 21:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin