BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəlinini döyən qayınanaya hökm oxundu

Sumqayıt Şəhər Məhkəməsi qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cəmilə Qarayevanın (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə bu il Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində qeydə alınıb.


Belə ki, şəxsi münasibətlər zəminində təqsirləndirilən Cəmilə Qarayeva qəsdən gəlini, zərərçəkmiş Zəminə Qarayevanın (adı, soyadı şərtidir) kürək nahiyəsinə əli ilə zərbə vurub. Nəticədə zərərçəkmişin sol kürək nahiyəsində dərialtı hematoma və sıyrıqlar əmələ gəlib, sağlamlığı qısa müddətə pozulub.


Məhkəmə iclasında zərərçəkmiş şəxs bildirib ki, təqsirləndirilən şəxslə barışıb, ona dəymiş ziyan ödənilib və heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş olunub.

Kamal Məmmədov 

Tarix: 1 Sentyabr 2025, 08:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin