ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birlikdə olan görüşdə əvvəl Ermənistan tərəfi çıxış edərək qeyd etmişdi ki, onlar guya BMT Baş Katibinin qlobal atəşkəs haqqında təşəbbüsünü dəstəkləyirlər və buna sadiqdirlər. Bundan sonra Tovuzda baş verən hadisələrlə biz Ermənistanın növbəti riyakarlığının, çirkin oyununun və hiyləgərliyinin bir daha şahidi olduq. Ümumiyyətlə hər kəsə məlumdur ki, Ermənistanın daxili siyasətində vəziyyət çox gərgindir. Son zamanlar Ermənistanda gərgin sosial-iqtisadi, demoqrafik vəziyyət hökm sürürdü. Ölkənin siyasi sistemi bərbad vəziyyətdədir. Bu vəziyyətdə Ermənistan rəhbərliyi COVİD-19-a qarşı olan yarıtmaz siyasətini də ört-basdır etmək və xalqın, ictimaiyyətin diqqətini xarici düşmən obrazına yönəltmək üçün belə provokasiyalara əl atdı. Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində təxribat törədildi. Bu təxribatın bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür. Şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın bu kimi təxribatçı hərəkətlərinə cavab olaraq zəruri tədbirlər görülür və görülməkdədir.
Qeyd edim ki, Ermənistanın baş naziri Nikol Paşinyanın taktika və strategiyası ilk növbədə Ermənistanın siyasi kursunu Qərbə doğru yönəltməkdən ibarətdir.
Bunu həyata keçirmək üçün Paşinyana bu və ya digər şəkildə hərbi əməliyyatların bərpası lazımdır. O çox yaxşı bilir ki, bu dəfə köməksizdir. Artıq rus siyasətçilər Ermənistan kömək gözləməsin notasını verib. Belə olan təqdirdə Rusiyanı ittiham edib, birbaşa qərbyönümlü siyasəti həyata keçirməyi planlayan düşmən dövlət üçün görünür insan həyatı, ordu və xalq vacib deyil. Sırf bu səbəbdən də təxribatlar qoşunların təmas xəttində yox, Ermənistan-Azərbaycan dövlət sərhədində baş verir ki, bu və ya digər şəkildə Rusiyanı və KTMT bu məsələyə cəlb etsin.
Təəssüflər olsun ki, Ermənistanın bu istiqamətdə həyata keçirdiyi birinci təxribat deyil. Hesab edirəm ki, sonuncu da deyil. Artıq Ermənistan hakimiyyəti yaxşı başa düşür ki, Rusiya onu tərəfdaş kimi qəbul etmir və açıq-aşkar Ermənistan daxilində ona müxalif olan qüvvələri dəstəkləyir. Burada, sadəcə, bir həqiqət var. Ermənistan diqqəti yayındırmaq üçün müharibə istəyir. Düşmən layiqli cavabını alaraq canlı qüvvə, texnika sarı¬dan xeyli itki verərək geri otur¬duldu. Təbii ki, bu, müharibədir, hər iki tərəfdən itkilər var. Şəhidlərimiz hamımızın qəlbini üzdü, kədərə qərq etdi. Amma qarşı tərəfin itkisi daha çoxdur. Məkrli plan ondan ibarətdir ki, düşmən artıq Qarabağda deyil, Ermənistanın ərazisində çaxnaşma yaratmaq, vəziyyəti gərginləşdirərək KTMT bu məsələyə cəlb etmək niyyətindədir. Paşinyanın planı məhz bundan ibarətdir. Çünki hadisələrin gedişi bunu deməyə imkan verir. İyulun 12-də Tovuzda hərbi təxribat törədildikdən sonra ertəsi gün, iyulun 13-də isə düşmən Naxçıvan sərhədində fəallaşmağa başladı. Buradan açıq aydın görünür ki, Ermənistan təxribat törətməklə Azərbaycanı daha genişmiqyaslı cavablar verməyə cəlb etmək istəyir. Ermənistan öz ərazisində gərginlik yaratmağa və KTMT-nin 5-ci maddəsindən yararlanmağa çalışır.
Ermənistanın məkrli planlarının əsası budur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonunu işğal altında saxlayan düşmən dövlət yeni münaqişə zonaları yaratmaq arzusundadır, məhz bu məqsədlə də təxribata əl atır.
Mən xalqımıza səslənirəm ki, təxribatlara aldanmayaq. Bu səhnə bizə yad deyil. Hər zaman daxilimizdəki xarici qüvvələrin əlaltıları sadə xalqın hisləri, emosiaları ilə oynayıblar. Artıq xalq başa düşür, təxribat törədənləri seçir. Bütün vacib tədbirlər görülür və görüləcək də. Düşmənin əlinə güc verməyək. Dünən xalqın səmimi yürüşünü təxribata çevirən qüvvələr dərhal cəzalandırılmalıdır. Xalqdan istifadə etmək olmaz. Həm də bu vəziyyətdə belə həssas məqamda. Artıq insanlara başa salınmalıdır ki, müharibə silahla deyil, iri çaplı mərmilərlə gedir. Yəni cəbhəyə əsgər yox, texnika və kadrlar lazımdır. Bunun üçün meydana yığışan gənclər hərbi biliklərə yiyələnməklə orduda xidmət edərək Qarabağımızı azad etməlidir. Qarabağı sevmək, qarabağlı olub- olmamağa, Qarabağı görüb-görməməyə baxmır. Xaricdən rahatlıqla insanları meydana çağıranlar virus müharibəsində xalqımızın məğlub olmağını təmin edir. Bu da təxribatın bir növüdür. İnsanlar bilməlidir ki, sosial məsafə saxlamadan izolyasiya olunmadan xəstəlikdən qorunmaq olmaz. Hazırda sevindirici haldır ki, müxalif görüşlü siyasətçilər də birlik çağırışı edib, təxribatı pisləyirlər. Biz tanınmış simaların, siyasətçilərin xalqı maarifləndirmələrini gözləyirik. Hamımız öz öhtəmizə düşəni etsək, hər iki cəbhədə həm Covid-19, həm də düşmən cəbhəsində qalib gələrik. Mən gənclərə səslənirəm. Hislərinizi başa düşürəm və xahiş edirəm təxribatlara aldanmayın. Hazırda sosial informasiya axını çoxdur. Mövqe bildirəndə, şəhid analarının və ailələrinin şəkli və videolarını paylaşanda diqqətli olaq. Onlar tək deyil. Dövlət də, elə biz də həmin ailələrin yanındayıq və daim dövlət dəstəyini təşkil edəcəyik. Düzdü, bütün bunlar şəhidlərimizi geri gətirməyəcək. Ancaq əmanətlərinə yüksək səviyyədə sahib çıxacağıq və hər kəs də bilsin ki, bu cümlələrim pafos deyil həqiqətdir. Şəhidlərimizin isə qisası alınmalı, qanı yerdə qalmamalıdır. Birmənalı şəkildə belə olmalıdır! Hər birimiz Ali baş komandanın əmrini gözləyirik.
Müşfiq Cəfərov
Milli Məclisin deputatı
30 Aprel 08:41
30 Aprel 08:35
30 Aprel 08:25
30 Aprel 08:05
30 Aprel 07:29
30 Aprel 07:20
30 Aprel 07:18
30 Aprel 07:17
30 Aprel 07:16
30 Aprel 07:10
30 Aprel 01:21
30 Aprel 01:03
30 Aprel 00:40
30 Aprel 00:23
29 Aprel 23:49
29 Aprel 23:13
29 Aprel 21:36
29 Aprel 21:33
29 Aprel 21:24
29 Aprel 20:05
29 Aprel 20:01
29 Aprel 19:55
29 Aprel 19:38
29 Aprel 19:35
29 Aprel 19:33
29 Aprel 19:29
29 Aprel 19:25
29 Aprel 18:24
29 Aprel 18:21
29 Aprel 18:18
29 Aprel 17:49
29 Aprel 17:47
29 Aprel 17:36
29 Aprel 17:34
29 Aprel 17:31
29 Aprel 17:31
29 Aprel 17:29
29 Aprel 16:58
29 Aprel 16:56
29 Aprel 16:52
29 Aprel 16:42
29 Aprel 16:34
29 Aprel 16:31
29 Aprel 16:29
29 Aprel 16:28
29 Aprel 16:27
29 Aprel 16:21
29 Aprel 16:19
29 Aprel 16:18
29 Aprel 15:35
29 Aprel 15:34
29 Aprel 15:22
29 Aprel 14:57
29 Aprel 14:56
29 Aprel 14:43
29 Aprel 14:40
29 Aprel 14:31
29 Aprel 14:27
29 Aprel 14:15
29 Aprel 14:12
29 Aprel 14:08
29 Aprel 14:07
29 Aprel 13:54
29 Aprel 13:28
29 Aprel 12:48
29 Aprel 12:47
29 Aprel 12:42
29 Aprel 12:19
29 Aprel 12:19
29 Aprel 12:10
29 Aprel 12:08
29 Aprel 12:06
29 Aprel 11:46
29 Aprel 11:44
29 Aprel 11:42
29 Aprel 11:41
29 Aprel 11:12
29 Aprel 11:10
29 Aprel 10:57
29 Aprel 10:48
29 Aprel 10:44
29 Aprel 10:42
29 Aprel 10:29
29 Aprel 10:17
29 Aprel 10:16
29 Aprel 10:02
29 Aprel 10:01
29 Aprel 09:49
29 Aprel 09:46
29 Aprel 09:40
29 Aprel 09:34
29 Aprel 09:15
29 Aprel 09:11
29 Aprel 09:10
29 Aprel 09:03
29 Aprel 09:00
29 Aprel 08:59
29 Aprel 08:56
29 Aprel 08:54
29 Aprel 08:35
29 Aprel 08:31
29 Aprel 08:30
29 Aprel 08:28
29 Aprel 08:01
29 Aprel 07:59
29 Aprel 07:51
29 Aprel 07:48
29 Aprel 07:47
29 Aprel 07:46
29 Aprel 07:44
29 Aprel 07:43
29 Aprel 07:42
29 Aprel 07:41
29 Aprel 07:36
29 Aprel 07:33
29 Aprel 07:15
28 Aprel 23:18
28 Aprel 22:52
28 Aprel 22:44
28 Aprel 22:38
28 Aprel 22:19
28 Aprel 21:36
28 Aprel 21:34
28 Aprel 21:33
28 Aprel 21:32
28 Aprel 21:31
28 Aprel 21:30
28 Aprel 21:29
28 Aprel 21:27
28 Aprel 21:27
28 Aprel 21:24
28 Aprel 21:19
28 Aprel 21:17
28 Aprel 21:14
28 Aprel 21:12
28 Aprel 21:10
28 Aprel 21:06
28 Aprel 21:04
28 Aprel 21:00
28 Aprel 20:47
28 Aprel 20:40
28 Aprel 20:29
28 Aprel 19:26
28 Aprel 18:53
28 Aprel 18:46
28 Aprel 18:34
28 Aprel 17:12
28 Aprel 17:04
28 Aprel 16:54
28 Aprel 16:45
Ən son xəbərləri səhifəmizdən də izləyin