BURADA REKLAMINIZ OLA
BİLƏR

Qaynını döyüb, daşla başına xəsarət yetirən şəxsə hökm oxundu

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Sakit Bəkirovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə 29 iyul 2025-ci il tarixdə, təqribən saat 01:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Tərxun” kafesinin yaxınlığında baş verib.


Belə ki, Sakit Bəkirov şəxsi münasibətlər zəminində qaynı, zərərçəkmiş Dadaş Hacıyevlə (adı, soyadı şərtidir) mübahisə edib. Bu zaman o, qaynının baş nahiyəsi ilə alın nahiyəsinə bir dəfə zərbə vuraraq yerə yıxıb. Daha sonra Sakit sağ əli ilə yerdən götürdüyü daş parçasını Dadaşın baş nahiyəsinə vuraraq, ona xəsarətlər yetirib.


Hadisədən sonra Sakit Bəkirov saxlanılaraq cinayət məsuliyyətə cəlb edilib.


Məhkəmə hazırlıq iclasında zərərçəkmiş şəxs bildirib ki, hazırda təqsirləndirilən şəxslə barışıb, ona dəymiş ziyanın tam ödənilib və Sakitə qarşı şikayət və tələbi yoxdur.

 

Kamal Məmmədov 

Tarix: 1 Sentyabr 2025, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin