BURADA REKLAMINIZ OLA
BİLƏR

Fərqanə Qasımova: “Sultan Süleyman öz oğullarını öldürüb, atam isə öz qızını özünə rəqib yetişdirib”

“Adımın Alimin Qasımovun adının yanına qoyulmasına nail olmuşamsa, nə xoş halıma. İstər dövlət olsun, istər sərvət, yaxud sənət olsun, nəfs deyilən şey varsa, mütləq nəfslə cihad etmək lazımdır. Sultan Süleyman öz oğullarını öldürüb. Ata balalarını qısqanıb. Alim müəllim isə öz qızını sənəti ilə, əlləri ilə özünə rəqib yetişdirib. Allah ona elə şükürlü övlad verib ki...”

 

Pravda.az xəbər verir ki, bunu Xalq artisti Alim Qasımovun qızı Əməkdar artist Fərqanə Qasımova “Həftənin qonağı” verilişində deyib.

 

“Heç vaxt “mən” deyib, atamdan önə keçmək fikrim olmadı, nə də atamdan bir addım geridə qaldığım üçün fikir etdim. Alim Qasımovun sənəti, şöhrəti, adı onsuz da mənim adımdır. Alim Qasımovun adının yanına Fərqanə Qasımova yazılanda həm atamın adının yanında gözəllik, həm də onun balasının adının yanında gözəllik... Bu, tarixə yazılan silinməz addır”, - o bildirib.

 

Tomris

Tarix: 1 Sentyabr 2025, 12:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin