Sosial şəbəkələrdə “Atena” kərə yağları ilə bağlı yayılan görüntülər Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən nəzarətə götürülərək müvafiq araşdırmalar aparılıb. Bu məqsədlə Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri üzrə ticarət şəbəkələrində, o cümlədən “Tamstore” marketlərində monitorinqlər aparılıb.
Bu barədə Pravda.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
Qeyd olunub ki, baxış zamanı həmin kadrlarda əks olunan hal təsdiqini tapmayıb. Lakin araşdırma zamanı o da məlum olub ki, uyğunsuzluq aşkarlanan həmin kərə yağları şirkət tərəfindən satışdan kənarlaşdırılıb.
“Qeyd edək ki, Agentliyin müfəttişləri tərəfindən həm istehsalçı müəssisədə, həm də satışın həyata keçirildiyi ticarət şəbəkələrində kərə yağı məhsulunun saxlama şəraitinə əməl olunmasına ciddi şəkildə nəzarət edilir və qida təhlükəsizliyi tələblərinə cavab verməyən məhsul aşkarlandığı təqdirdə həmin məhsulların dövriyyədən çıxarılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilir.
Bildiririk ki, bu cür halların təkrarlanmaması üçün qida subyektləri daxili izləmə sisteminə malik olmalı və məhsulların izlənilməsini həyata keçirməli, həmçinin qida məhsullarının düzgün şəraitdə və temperaturda saxlanılmasına diqqət etməlidir.
İstehlakçılar qida sahəsində qarşılaşdıqları neqativ hallarla bağlı hüquqlarının müdafiəsini qida subyektinin məsul şəxslərindən tələb edə bilərlər. Eyni zamanda xahiş edirik ki, qida sahəsində aşkar etdikləri neqativ hallarla bağlı konkret faktlara əsaslanan sübütları və nöqsana yol verilən qida obyekti barədə məlumatları dəqiq şəkildə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə zəng vuraraq məlumat versinlər. Bu hal həmin obyektdə operativ nəzarət tədbirlərinin görülməsinə imkan yaradacaqdır”, - məlumatda deyilir.
***
13:52
“Tamstore” marketlər şəbəkəsində satılan “Atena” kərə yağları ilə bağlı görüntülər sosial şəbəkələrdə etirazla qarşılanıb.
Pravda.az xəbər verir ki, jurnasit Gülnar Nazimqızının paylaşdığı görüntülərdə endirimli qiymətlə satışa çıxarılmış “Atena” kərə yağlarının kifləndiyi açıq-aşkar görünür.
Videoda bildirilir ki, mağaza rəhbərliyi endirim qiyməti ilə 15 manat 94 qəpiyə satılan “Atena” kərə yağlarının “Avrora Qrup” tərəfindən təqdim olunduğunu deyib. Rəfdəki yağların hər birini ayrı-ayrılıqda açdıqda kifləndiyi aydın görünür. Məhsulun üzərində istehsal tarixi 30 may 2025-ci il qeyd olunub. Saxlama temperaturu müsbət 2-4 dərəcə olduqda 4 ay, -18 dərəcə olduqda isə 12 ay kimi göstərilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini, İctimaiyyətlə əlaqələr sektorunun müdiri İlkin Kərimov məsələdən xəbərdar olduqlarını bildirib.
Xatrılatma: Eyni vəziyyət bir müddət öncə yenə də “Tamstore”da satılan “Vestqold” kərə yağları ilə bağlı da yaşanıb. "Tamstore" mağazalar şəbəkəsi "Avrora Qrup" MMC-yə daxildir. Şirkətin rəhbəri Ceyhun Abbasovdur.
Aytəkin Qardaşova
14 Aprel 01:55
14 Aprel 01:37
14 Aprel 00:21
14 Aprel 00:18
13 Aprel 23:21
13 Aprel 23:17
13 Aprel 22:02
13 Aprel 21:11
13 Aprel 21:08
13 Aprel 21:06
13 Aprel 19:47
13 Aprel 19:04
13 Aprel 18:36
13 Aprel 18:01
13 Aprel 17:40
13 Aprel 17:36
13 Aprel 17:32
13 Aprel 17:30
13 Aprel 17:19
13 Aprel 16:56
13 Aprel 16:52
13 Aprel 16:28
13 Aprel 16:12
13 Aprel 15:53
13 Aprel 15:51
13 Aprel 15:46
13 Aprel 15:44
13 Aprel 15:42
13 Aprel 15:35
13 Aprel 15:13
13 Aprel 15:02
13 Aprel 15:02
13 Aprel 14:52
13 Aprel 14:50
13 Aprel 14:20
13 Aprel 14:10
13 Aprel 13:56
13 Aprel 13:43
13 Aprel 13:42
13 Aprel 13:35
13 Aprel 13:14
13 Aprel 13:06
13 Aprel 12:42
13 Aprel 12:14
13 Aprel 12:07
13 Aprel 11:56
13 Aprel 11:48
13 Aprel 11:42
13 Aprel 11:39
13 Aprel 11:29
13 Aprel 11:01
13 Aprel 10:44
13 Aprel 10:43
13 Aprel 10:35
13 Aprel 10:31
13 Aprel 10:16
13 Aprel 10:12
13 Aprel 09:44
13 Aprel 09:35
13 Aprel 09:32
13 Aprel 09:31
13 Aprel 09:17
13 Aprel 09:15
13 Aprel 09:13
13 Aprel 09:11
13 Aprel 09:09
13 Aprel 09:08
13 Aprel 08:43
13 Aprel 08:42
13 Aprel 08:41
13 Aprel 08:38
13 Aprel 02:02
13 Aprel 01:59
13 Aprel 00:48
12 Aprel 23:50
12 Aprel 23:48
12 Aprel 23:11
12 Aprel 23:05
12 Aprel 23:02
12 Aprel 21:31
12 Aprel 21:28
12 Aprel 21:25
12 Aprel 21:16
12 Aprel 20:32
12 Aprel 19:36
12 Aprel 18:49
12 Aprel 17:41
12 Aprel 17:39
12 Aprel 16:18
12 Aprel 15:29
12 Aprel 15:25
12 Aprel 13:58
12 Aprel 12:56
12 Aprel 12:54
12 Aprel 12:52
12 Aprel 11:07
12 Aprel 10:13
12 Aprel 09:35
12 Aprel 09:33
12 Aprel 09:06
12 Aprel 08:15
12 Aprel 07:38
12 Aprel 07:23
12 Aprel 07:22
12 Aprel 00:47
12 Aprel 00:42
12 Aprel 00:40
11 Aprel 22:56
11 Aprel 21:46
11 Aprel 21:29
11 Aprel 19:37
11 Aprel 18:49
11 Aprel 17:56
11 Aprel 17:32
11 Aprel 17:26
11 Aprel 17:24
11 Aprel 17:21
11 Aprel 17:20
11 Aprel 17:14
11 Aprel 16:43
11 Aprel 16:19
11 Aprel 15:45
11 Aprel 15:17
11 Aprel 15:11
11 Aprel 14:23
11 Aprel 14:21
11 Aprel 14:19
11 Aprel 14:15
11 Aprel 13:38
11 Aprel 13:30
11 Aprel 13:27
11 Aprel 13:23
11 Aprel 13:21
11 Aprel 12:39
11 Aprel 12:34
11 Aprel 12:32
11 Aprel 12:11
11 Aprel 12:02
11 Aprel 11:01
11 Aprel 10:20
11 Aprel 09:25
11 Aprel 09:13
11 Aprel 09:11
11 Aprel 09:10
11 Aprel 09:06
11 Aprel 08:57
11 Aprel 08:00
11 Aprel 01:11
10 Aprel 22:34
10 Aprel 21:40
Ən son xəbərləri səhifəmizdən də izləyin