Reklam

Mütəxəssislərdən göz yorğunluğu sindromu xəbərdarlığı

Uzun müddət telefon, planşet və kompüter ekranına baxmaq göz sağlamlığına mənfi təsir edir.


Pravda.az bildirir ki, bu vəziyyət “rəqəmsal göz yorğunluğu sindromu” adlanan problemlə nəticələnir və ən çox rast gəlinən əlamət göz quruluğudur.


Ekrana baxarkən göz qırpma sayı azalır, bu da göz yaşının paylanmasına mane olaraq yanma, batma, qızarma, bulanıq görmə və baş ağrısına səbəb olur. Gündə 2 saatdan çox ekrana baxan insanlarda bu əlamətlər tez-tez müşahidə olunur.


Mütəxəssislər hər yarım saatdan bir gözləri dincəltməyi, uzaq bir nöqtəyə baxmağı, göz qırpma hərəkətini artırmağı, ekran məsafəsini 50-60 sm saxlamağı və ekranın göz səviyyəsindən bir qədər aşağı yerləşməsini tövsiyə edirlər.


Sindrom müalicə olunmasa, qalıcı zərər verməsə də, gündəlik performansı azaldır və uzunmüddətli mənfi təsirlər yarada bilər.


Əminə Bayramova 

Tarix: 2 Sentyabr 2025, 08:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin