“Çində keçiriləcək faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş paradda Azərbaycan Lideri ilə Ermənistan Baş nazirinin birgə iştirak etməsinə başqa don geyindirməyin heç bir adı yoxdur. İnanırıq ki, Ermənistan digər öhdəlikləri də yerinə yetirdikdən sonra sülh imzalanacaq, mərhələli şəkildə diplomatik əlaqələr qurulacaq, çətin də olsa, xalqlar arasında əlaqələr formalaşdırılacaq və dayanıqlı sülh əldə edəcəyik. Azərbaycan və Ermənistan rəsmilərinin müxtəlif formatlarda görüşləri olub, bu gündən sonra da olacaq. Bunun sülhə ancaq və ancaq faydası, xeyiri var. Kimlər buna başqa don geyindirmək istəyirlərsə, onlar sülhün olmasını istəməyən, açıq şəkildə əldə olunan uğurları gözü götürməyən tərəflərdir. Onlar nəsə söz tapıb, baş verən addımları tənqid etməlidirlər. Məncə, bu qədər cılızlaşmağa ehtiyac yoxdur. Azərbaycan bütün tərəflərlə bərabərhüquqlu münasibətlər qurmaqda maraqlıdır, öz suveren hüquqlarını müdafiə etmək, nəyin bahasına olursa-olsun, öz vətəndaşının hüquqlarını qorumaq gücündədir və qoruyur da. Azərbaycan xalqının sosial rifahının yaxşılaşdırılması üçün səyləri gündən-günə artırır. Həyata keçirilən xarici siyasət məhz buna hesablanıb. Bu baxımdan, cənab Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində, faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş paradda və digər tədbirlərdə, görüşlərdə iştirakını alqışlayıram, dəstəkləyirəm. Bu cür görüşlər davam etdirilməlidir. Nəticə etibarilə, bu, Azərbaycanın güclənməsinə gətirib çıxaracaq".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Unutmamalıyıq ki, Azərbaycan və Ermənistan arasında sülh mətni artıq ilin əvvəlində tam olaraq razılaşdırılmışdı. ABŞ-də keçirilən görüşlər zamanı xarici işlər nazirləri tərəfindən bu mətn paraflandı. Sülh mətninin imzlanmamasının əsas səbəbi Ermənistanın bəzi öhdəlikləri yerinə yetirməməsi, Azərbaycanın şərtlərinin tam həyata keçirilməməsidir. Bu şərtlərdən biri artıq dünən reallaşdı. ATƏT-in Minsk Qrupu, demək olar, öz fəaliyyətini dayandırdı. Azərbaycan digər şərtlərini də mərhələli şəkildə həyata keçirəcək. Bu, danılmaz faktdır. Hazırda Azərbaycan Zəngəzur dəhlizi üzrə Ermənistan ərazisindən keçən 42 kilometrlik ərazidə işlərin başlanılması üçün prosesi sürətləndirməyə çalışır. Bu görüşlərin keçirilməsi vacibdir. Heç bir vasitəçi olmadan Ermənistan və Azərbaycan arasında dialoqun olması sülhə ancaq müsbət təsir göstərə bilər. Bu, regionda baş verən biləcək hansısa qarşıdurmanı, toqquşmanı sıfıra endirir. Xüsusilə, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaq istəyən qüvvələr var və bu qüvvələri zərərsizləşdirmək üçün Ermənistan tam nəzarətdə saxlanılmalıdır. Sülh imzalanana qədər münasibətlər normal səviyyədə qorunmalıdır. Bu baxımdan, Şanxay Əməkdaşlıq Təşkilatının sammitində həm Azərbaycan, həm də Ermənistan tərəfinin iştirak etməsi normaldır. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşün keçirilməsi açıq şəkildə olub, mediaya paylaşılıb. Cənab Prezident çıxışında Zəngəzur dəhlizinin önəmindən danışaraq Orta Dəhlizin əsas seqmentlərindən birinə çevrilə biləcəyini vurğulayıb. Çindəki paradda iştirak vacib idi, çünki Azərbaycan həm qlobal Cənub, həm də Şimalla bərabərhüquqlu münasibətlər qurur. Eyni zamanda Azərbaycanın Çinlə çox güclü iqtisadi əlaqələri var. Çinlə hərtərəfli strateji əməkdaşlığa, müttəfiqliyə dair sənəd imzalanıb. Bu sənəddən irəli gələn öhdəliklər var. Qarşılıqlı olaraq bu öhdəliklərə hörmətlə yanaşılır, ən yüksək səviyyədə yerinə yetirilir. Azərbaycan qlobal Cənubla münasibətlərini isti tutmaq, əlaqələrini gücləndirmək, iqtisadiyyatımızın şaxələndirilməsi üçün bu imkanları düzgün dəyərləndirmək istəyir. Nəzərə almalıyıq ki, Çində keçiriləcək parad faşizm üzərində qələbənin 80 illiyinə həsr edilir. İkinci Dünya müharibəsində faşizm üzərində qələbə çalınarkən Azərbaycan da bu prosesdə idi. Azərbaycan neftinin çox mühüm, önəmli rolu var idi. Faşizmlə mübarizə aparan tərəflərdən biri də Çin idi. Bu gün bu qələbə qeyd edilirsə, Azərbaycanın da paradda iştirak etməsi normal qarşılanmalıdır, çünki faşizm üzərində qələbədən söhbət gedir. Ermənistan da sovetlər ittifaqının tərkibində məhz bu cəbhədən vuruşurdu", - deputat bildirib.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin