BURADA REKLAMINIZ OLA
BİLƏR

Elnarə Baxış ETX-nin mətbuat katibi təyin olunub

Elnarə Baxış Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) mətbuat katibi təyin olunub.

 

Pravda.az “PostMedia”ya istinadən xəbər verir ki, Elnarə Baxış Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Ayrı-ayrı dövrlərdə müxtəlif televiziyalarda müxbir və aparıcı kimi fəaliyyət göstərib.

 

Son beş ildə isə o, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.

Tarix: 2 Sentyabr 2025, 17:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin