BURADA REKLAMINIZ OLA
BİLƏR

Söyüşə görə ustanı bıçaqlayan şəxs məhkəmə zalından həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fərid Umudovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalından həbs olunub.


İttihama görə, hadisə 2024-cü ildə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən sexlərin birində qeydə alınıb.


Belə ki, Fərid Umudov zərərçəkmiş Elnur Vəliyevə (soyadı şərtidir) məxsus mebel istehsalı müəssisəsində usta köməkçisi vəzifəsində işləyib. İş zamanı Elnur onu təhqir edərək üz nahiyəsinə sillə ilə vuraraq yerə yıxıb. Sonra Fərid üzərində olan bıçaqla zərərçəkmişin qarın və döş qəfəsi nahiyələrinə zərbə endirərək ona ağır bədən xəsarətləri vurub.


Hadisədən sonra Fərid Umudov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdi.


Kamal Məmmədov 

Tarix: 3 Sentyabr 2025, 09:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin