Reklam

Donmuş limonun faydaları açıqlandı

Son araşdırmalar limonun yalnız suyunun deyil, qabığının da sağlamlıq üçün çox faydalı olduğunu üzə çıxarıb.
 

Pravda.az bildirir ki, limonu dondurub rəndələmək, bütün vitamin və minerallardan tam istifadə etməyə imkan yaradır.
 

Tədqiqatlara görə, limon təxminən 25 müxtəlif xərçənglə mübarizə aparan birləşmələr ehtiva edir.


Mütəxəssislər bildirir ki, limon qabığı bədəndəki zəhərli maddələrin atılmasına və immunitetin güclənməsinə kömək edir.


Dondurulmuş limon qida ilə yanaşı dəri baxımında da faydalı təsir göstərir.
 

Mütəxəssislər tövsiyə edir ki, limon soyuducuda saxlanıldıqdan sonra qabığı ilə birlikdə rəndələnərək yeməklərə və içkilərə əlavə olunsun.


Əminə Bayramova 

Tarix: 3 Sentyabr 2025, 10:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin