BURADA REKLAMINIZ OLA
BİLƏR

Dərinin yorğun görünməsinin qarşısını necə almaq olar?

Günün gərgin tempi, stress və qeyri-sağlam həyat tərzi dəridə yorğun və solğun görünüşə səbəb olur.


Pravda.az bildirir ki, xüsusilə payız aylarında gün işığının azalması və gündəlik yorğunluq dəridə cansızlıq yaradır.


Mütəxəssislərə görə, dəriyə düzgün qulluq bu təsirlərin qarşısını ala bilər. Bunun üçün:
 

səhərlər üzü bol su ilə yumaq və təmizləyici vasitə istifadə etmək,

dəri tipinə uyğun nəmləndirici seçmək,

buz masajı ilə qan dövranını sürətləndirmək,

mütəmadi pilinq etmək,

gözaltı nahiyəsini nəmləndirmək,

argan yağı və ya zeytun yağı ilə üz masajı tətbiq etmək,

keyfiyyətli yuxu rejimi yaratmaq,

kifayət qədər su içmək və stressdən uzaq durmaq tövsiyə edilir.
 

Bu sadə addımlar sayəsində daha parlaq və sağlam dəriyə sahib olmaq mümkündür.


Əminə Bayramova 

Tarix: 3 Sentyabr 2025, 10:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin