BURADA REKLAMINIZ OLA
BİLƏR

Xocavənddə 10 manatlıq şirkətə 30 evin təmiri üçün 1.9 milyon ödəniləcək

Xocavənd rayonunun Tağaverd kəndində 2-ci mərhələ üzrə ümumi sahəsi 5049 kv.m olan 30 ədəd fərdi yaşayış evinin təmirinə 1 921 600 AZN sərf ediləcək.

 

Pravda.az-ın xəbərinə görə, işləri “Frekans Construction and Energy Company” MMC və “Uğur Tikinti” MMC görəcək.

 

“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs və MMC-lər arasında müqavilə bağlanıb. Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. 

 

Qeyd: Nizamnamə kapitalı 10 AZN və Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 23, mənzil 137-də qeydiyyatdan olan şirkətin qanuni təmsilçisi Adil Bəhlul oğlu Məsimovdur. Şirkətə bundan əvvəl də milyonluq tenderlər verilib.

 

Cabir

Tarix: 4 Sentyabr 2025, 09:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin