BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısının birinci müavini vəzifəsindən azad edildi

Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən ayrılıb.

 

Pravda.az Banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Vaqif Həsənovun əmri ilə Allahverən İdris oğlu Əliyev vəzifəsindən azad edilib.

 

A.Əliyev 15 iyul 1955-ci ildə Ağdam rayonu Çəmənli kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Baytar həkimdir. O, 1996-cı ildən YAP üzvü idi.

 

Onun yeri hazırda vakantdır. RİH başçısının digər müavini isə Xəqani Salman oğlu Nəzərovdur.

 

Qeyd edək ki, V.Həsənov Prezidentin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Tarix: 4 Sentyabr 2025, 14:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin