BURADA REKLAMINIZ OLA
BİLƏR

Pakistan Hindistana xəbərdarlıq edib: Növbəti müharibədə hesab 60-0 olacaq

Hindistanla növbəti müharibədə hesab 60-0 olacaq.

 

Bu barədə Pakistan ordusunun aviasiya vitse-marşalı Şəhriyar Xan Karaçidə keçirilən təntənəli mərasimdə bildirib.

 

“Əmin ola bilərsiniz ki, Pakistan hava məkanının müdafiəsi Pakistan Hərbi Hava Qüvvələrinin güclü əllərindədir. Texnoloji yeniliklər sayəsində Hərbi Hava Qüvvələri dünya miqyasında tanınıb. Növbəti dəfə hesab 6-0 yox, Allahın köməyi ilə 60-0 olacaq”, – vitse-marşal vurğulayıb.

 

Qeyd edək ki, bu gün Pakistanın Müdafiə və Şəhidlər Günü kimi qeyd olunur.

 

Tarix: 6 Sentyabr 2025, 13:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin