Reklam

Özünü qatar yoluna atan şəxslə bağlı RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi (DİN) dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasında qatar qolunda gəzişən vətəndaşla bağlı məlumat yayıb.

 

Nazirlikdən Pravda.az-a verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər qatar yoluna düşərək, orada gəzişərkən DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülmüş tədbirlərlə qatar yolundan çıxarılıb.

 

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

 

Tarix: 12 Dekabr 2019, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin