BURADA REKLAMINIZ OLA
BİLƏR

Vüsal Aslanov "СпецМетроПоставка"ya 1.5 milyon ödəyəcək

“Bakı Metropoliteni” QSC "СпецМетроПоставка" şirkətinə 1 528 597 AZN ödəyəcək.

 

Pravda.az-ın xəbərinə görə, tərəflər arasında müqavilə bağlanıb.

 

Bu, “ПЭК СВМ 01” və “ПЭК КВМ 01” tipli, 81-760.Б/761.Б/763.Б və 81-765.Б/81-766.Б seriyalı metro vaqonlarının kondisioner sistemlərinin təmirində istifadə olunan dəyişdiricilərinin, eləcə də 81-717/714 seriyalı metro vaqonları üçün istifadə edilən (şpinton tipli) arabacıq çərçivələrinin satınalınması ilə əlaqədardır.

 

Müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Qeyd: QSC-nin sədri Vüsal Aslanovdur.

 

Cabir

Tarix: 10 Sentyabr 2025, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin