BURADA REKLAMINIZ OLA
BİLƏR

Dağıstanda güclü daşqın və sel: Evlər su altında qalıb

Rusiyanın Dağıstan Respublikasında güclü daşqın və sel baş verib.

 

Təbiət hadisəsi səbəbindən bölgənin bir sıra rayonları ilə əlaqə kəsilib.

 

Belə ki, yollar çaya çevrilib, avtomobilləri sel aparıb. Buynaksk şəhərində bir sıra evlər su altında qalıb.

 

Məlumata görə, yağıntıların səviyyəsi 60 santimetrə çatır, hadisə yerində xilasedicilər işləyirlər.

 

Oxu.az

 

Tarix: 10 Sentyabr 2025, 22:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin