BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə sübutları saxtalaşdıran eks-bank əməkdaşı ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə sübutları saxtalaşdırmada təqsirləndirilən Pərviz Quliyevin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Məhkəmə kassasiya şikayətini təmin etməyib.


İttihama görə, "AmrahBank"ın əməkdaşı olmuş P.Quliyev həmin bankdan kredit götürüb və kredit ödənişlərində gecikmələr olub. Bankın lisenziyası ləğv edildikdən sonra Əmanətlərin Sığortalanması Fondu ona qarşı mülki iddia qaldırıb. Həmin mülki iddiaya Xətai Rayon Məhkəməsində baxılıb. P.Quliyev iş üzrə məhkəməyə kreditin tam ödənilməsinə dair həmin bankdan tanışları vasitəsi ilə əldə etdiyi saxta sənədləri təqdim etməkdə təqsirli bilinib.


Həmçinin ittihamda qeyd olunub ki, o, bankın İdarə Heyətinin sədrinin imzasını saxtalaşdırıb.


O, ittiham üzrə özünü təqsirli hesab etməyərək bildirib ki, bankdan götürdüyü krediti tam ödəyib, lakin bankın lisenziyası ləğv edildikdən sonra Əmanətlərin Sığortalanması Fondu ona qarşı mülki iddia qaldırıb. P. Quliyevin sözlərinə görə, məhkəməyə təqdim etdiyi kredit ödənişlərinin tam ödənilməsinə dair sənədi bankdan əldə edib.


Prosesdə bankın idarə heyəti olmuş şəxs Almaniyada yaşadığı üçün video formatda ifadə verib. O deyib ki, təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi sənəd bankın qaydaları əsasında tərtib olunmayıb. Şahid əlavə edib ki, bankın möhürü işdə olarkən özündə olub. Təqsirləndirilən şəxsin məhkəməyə təqdim etdiyi sənədə möhür başqa vaxt vurulub.
 

Xətai Rayon Məhkəməsinin hökmü ilə İslam İslamlıya bəraət verilib. Lakin həmin hökmndən narazı qalan prokuror apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiyanın hökmünü ləğv edib, İslam İslamlını CM-in 294.1-ci maddəsi ilə təqsirli bilib. Bununla belə, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün ona cəza təyin edilməyib. Apellyasiya hökmündən narazı qalan məhkum və müdafiəçisi kassasiya şikayəti veriblər.


Qeyd: "AmrahBank" ın lisenziyası 2020-ci ildə ləğv olunub.

Kamal Məmmədov 

Tarix: 12 Sentyabr 2025, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin