BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıdakı məşhur restoranda kütləvi dava: Həbs edilən var

Bakıda "Elux" restoranında keçirilən toy məclisində dava-dalaş edən şəxslər saxlanılıblar.

 

Saxlanılan şəxslərdən biri barəsində həbs qərarı verilib.

 

Aparılan araşdırma ilə müəyyənləşib ki, dava zamanı 1982-ci ildə İmişli rayonunda anadan olmuş C.V. polisin işinə qarışaraq, onların xidməti vəzifələrinin yerinə yetirilməsinə maneçilik yaradıb.

 

Məhkəmənin qərarı ilə C.V. İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, 15 gün müddətinə inzibati həbs edilib.

 

Qaynarinfo

Tarix: 13 Sentyabr 2025, 20:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin