BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident Hadrut qəsəbəsində inşa edilmiş məscidin açılışınfa iştirak etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Xocavənd rayonunun Hadrut qəsəbəsində inşa olunmuş məscidin açılışında iştirak edib.

 

Pravda.az xəbər verir ki, “PMD Projects” MMC-nin direktoru Nəriman Topçubaşev əvvəlcə dövlətimizin başçısına inşası davam edən Hadrut yaşayış məhəlləsi barədə məlumat verdi.

 

Bildirildi ki, hazırda Hadrut qəsəbəsində “PMD GROUP” tərəfindən 28 ədəd ikimərtəbəli fərdi evin tikintisi aparılır. 3,6 hektar ərazini əhatə edən inşaat işləri sürətlə, eyni zamanda, yüksək keyfiyyətlə icra olunur.

 

Prezident İlham Əliyevə qəsəbədə inşa edilmiş məscid barədə də məlumat verildi.

Fotoları təqdim edirik
Tarix: 14 Sentyabr 2025, 14:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin