BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-da yaşayan sabiq spiker: “Müharibə başlayarsa, hər gün ən azı 20 km irəliləmək lazımdır”

“Müharibə çox spesifik olmalıdır. Yəni müharibəyə başlayıb hər gün ən azı 20 km irəliləməlidir Azərbaycan ordusu. Yəni 3 günə azı 60 km irəli getməlidir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.

 

“Azərbaycanla Ermənistanın 1000 km-ə qədər sərhədi var. Bu sərhədlər düz xətlə getmir. Sərhəd boyu çox saylı düşmən qoşunlarının zəif olduğu ərazilər də var. Ermənistan 200 tank, 250 topu ilə bütün sərhəd boyu güclü müdafiə yarada bilməz. Azərbaycanın strategiyası həmin zəif yerlərdən cəbhəni yarıb erməniləri mühasirəyə almaq olmalıdır. Ermənilər ya mühasirəyə düşüb təslim olmalıdırlar, ya da bütün cəbhə boyu geri çəkilməlidir. Beynəlxalq təşkilatlar, ölkələrin Azərbaycana tələbi müharibəni saxlayıb sülh danışıqlarına başlamaq olar. Torpaqlar işğaldan azad edildikdən sonra heç bir təşkilat “Həmin torpaqları ermənilərə verin” tələbi irəli sürməz. Ancaq müharibə əməliyyatı planı çox ciddi hazırlanmalıdır. Qələbə çalmaq inamı azı 90 faiz olmalıdır. Bu plan çox gizli hazırlanmalıdır. Düşmənə qarşı müharibədə müxalifət hökumət və ordu ilə birgə olmalıdır. Əsgərlərdə ruh yüksəkliyi yaratmaq üçün əllərindən gələni etməlidirlər. Lazım gələrsə, müharibə bölgələrinə gedib əsgərlərin içərisində olmalıdır. Fundamental müharibə strategiyamız olarsa, işğalçılara qalib gələcəyimizə heç bir şübhəm yoxdur” – R.Quliyev qeyd edib.

Tarix: 17 İyul 2020, 19:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin