“Azərbaycanda müəyyən insanlar var ki, işləri-gücləri qeybətlə məşğul olmaqdır. Xarici İşlər Nazirliyi ilə bağlı səsləndirdiyim fikirlərimin üzərində dururam. Ümumiyyətlə, dediyim sözlərə görə məsuliyyətimi dərk edən insanam. Bəli, Xarici İşlər Nazirliyinin fəaliyyəti ilə bağlı demişəm ki, Azərbaycanın xarici siyasətini ölkə Prezidenti İlham Əliyev müəyyən edir. Prezidentin rəhbərliyi altında kifayət qədər ciddi diplomatik uğurlar, nailiyyətlər əldə olunub. Dövlət başçısının xarici siyasətini icra edən qurum Xarici İşlər Nazirliyidir. Mövqeyim belə olub ki, bəli, diplomatik uğurlarımızın əldə edilməsində Xarici İşlər Nazirliyinin də öz yeri, payı, töhfəsi var. Baxmayaraq ki, diplomatik uğurlarımız cənab Prezidentin fəaliyyəti ilə bağlıdır. Prezident “Valday” Beynəlxalq Diskussiya Klubunda da, MDB Dövlət Başçıları Şurasının zirvə toplantısında da, Münhen Təhlükəsizlik Konfransında da Azərbaycanı yüksək səviyyədə təmsil edib. Bir daha qeyd edirəm ki, uğurların əldə edilməsində Xarici İşlər Nazirliyinin də payı olub. Amma son hadisələrdə bizim bilmədiyimiz həqiqətləri ölkə Prezidenti açıqladı”.
Bunu Pravda.az-a Milli Məclisin deputatı Elman Nəsirov barəsində səsləndirilən fikirlərə münasibət bildirərkən deyib.
E.Nəsirov qeyd edib ki, iyulun 12-də ermənilərin Tovuz istiqamətində törətdiyi təxribatlar zamanı Prezident İlham Əliyev vəziyyəti gecə-gündüz nəzarətdə saxlayıb, bunu hər kəs bilir: “Azərbaycan Xarici İşlər nazirinin həmin vaxt harada olması, nə ilə məşğul olduğu, özünü necə aparması ilə bağlı məlumatsız olmuşuq. Bu həqiqətləri ölkə Prezidenti açıqladı. Məlum oldu ki, Xarici İşlər naziri Elmar Məmmədyarov özünü qeyri-adekvat aparıb. Eyni zamanda Azərbaycan Xarici İşlər naziri ilə Ermənistan Xarici İşlər naziri arasında videoformatda görüş olub. Bu görüşün də incə detallarını Prezident İlham Əliyev bilir, nələr müzakirə olunub, hansı məsələlər ətrafında fikir mübadiləsi aparılıb... Təbii ki, KİV-də məlumat yayılır, amma detallarını dövlət başçısı bilir. Prezidentin dilindən eşitdik ki, Azərbaycanın Xarici İşlər naziri Ermənistanın Xarici İşlər naziri ilə danışıqlarda koronavirus pandemiyası ilə bağlı məsələni müzakirə edib. Belə çıxır ki, bizim başqa dərdimiz qalmayıb, işğalçı dövlətə müəyyən dəstək verməliyik... Prezident bu danışıqları mənasız adlandırdı, yəni mahiyyəti üzrə olmadığını bildirdi. Elmar Məmmədyarovun bu addımları Azərbaycan Xarici İşlər Nazirliyinin işinə kölgə salmış oldu. Nazirlikdə təsərrüfat məsələləri ilə bağlı da ciddi qüsurlar üzə çıxıb. Bütün bunlar ictimailəşdikdən sonra mətbuatda çıxışlarımız oldu. Bəzi insanlar ağzına gələni danışır. Bilirsiniz, mən o insanın tənqidini qəbul edirəm ki, dövlətçilik naminə xırda töhfəsi olsun. ABŞ-ın 35-ci prezidenti Con Kennedinin məşhur ifadəsi var: “Heç bir zaman söyləmə ki, dövlət mənə nə edib. Söylə ki, mən dövlətə nə etmişəm...”. Bu yaxınlarda Misirin ən böyük mətbu orqanı olan “Əl Əhram” qəzetində Ermənistanın işğalçılıq siyasəti ilə bağlı yazım dərc olunub. Bu qəzetin 50 milyonluq auditoriyası var... Bilirsiniz, nə baş verdi? Ermənistanın Misirdəki səfiri həmin ölkənin Xarici İşlər nazirinə etiraz məktubu göndərib. Məktubda qeyd olunub ki, ölkənin əsas mətbu orqanında anti-Ermənistan yazı dərc olunub. Nazir də səfirə bildirib ki, sizin də dəfələrlə belə anti-Azərbaycanın yazılarınız dərc olunub, belə reaksiya olmayıb... Yəni tənqid edib. İki gün əvvəl də İraqın dövlət kanalı olan “Əl İraqiyyə”də 30 dəqiqəlik çıxışım oldu. Çıxışım zamanı Azərbaycan Prezidentinin BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünə, onun əhəmiyyətinə, bu konteksdə Ermənistanın işğalçılıq siyasətini ifşa edən məsələlərə toxundum. İraqda sosial şəbəkələrdə çox ciddi müzakirə edilib, Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəğbət ifadə olunub. Bilirsiniz ki, Azərbaycan 27 ton tibbi ləvazimat və preparatlardan ibarət humanitar yardımı Bağdada çatdırıb. İraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işini müdafiə etdiklərini bildirir. Mən Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün addımlar atıram, amma dövlət, millət üçün bir qara qəpiklik xidməti olmayanlar, Ermənistan əleyhinə bir kəlmə belə söyləməyənlər məni tənqid edirlər. Hesab edirəm ki, belə şeylər keçməyəcək, xalqımız məni çox yaxşı tanıyır, dövlət də fəaliyyətimi görür. Təpədən dırnağa qədər dövlətə bağlı insanam. Hər zaman sözün düzünü deyirəm”.
2 İyun 13:06
2 İyun 13:01
2 İyun 12:48
2 İyun 12:38
2 İyun 12:34
2 İyun 12:33
2 İyun 12:32
2 İyun 12:31
2 İyun 12:30
2 İyun 12:25
2 İyun 12:25
2 İyun 12:24
2 İyun 12:05
2 İyun 12:04
2 İyun 12:03
2 İyun 11:58
2 İyun 11:51
2 İyun 11:26
2 İyun 11:21
2 İyun 11:18
2 İyun 11:14
2 İyun 11:11
2 İyun 11:10
2 İyun 11:02
2 İyun 11:00
2 İyun 10:59
2 İyun 10:57
2 İyun 10:53
2 İyun 10:51
2 İyun 10:49
2 İyun 10:47
2 İyun 10:39
2 İyun 10:35
2 İyun 10:25
2 İyun 10:16
2 İyun 09:58
2 İyun 09:55
2 İyun 09:40
2 İyun 09:33
2 İyun 09:26
2 İyun 09:25
2 İyun 09:23
2 İyun 09:19
2 İyun 09:17
2 İyun 09:01
2 İyun 08:56
2 İyun 08:53
2 İyun 08:35
2 İyun 08:34
2 İyun 08:30
2 İyun 08:26
2 İyun 08:25
2 İyun 08:22
2 İyun 08:05
2 İyun 07:06
2 İyun 07:02
2 İyun 07:01
2 İyun 06:57
2 İyun 06:55
1 İyun 23:47
1 İyun 22:20
1 İyun 22:18
1 İyun 22:14
1 İyun 21:38
1 İyun 20:19
1 İyun 20:05
1 İyun 19:51
1 İyun 19:03
1 İyun 18:53
1 İyun 18:50
1 İyun 18:42
1 İyun 18:34
1 İyun 18:07
1 İyun 17:56
1 İyun 17:44
1 İyun 17:38
1 İyun 16:50
1 İyun 16:42
1 İyun 16:34
1 İyun 16:04
1 İyun 15:55
1 İyun 15:14
1 İyun 14:43
1 İyun 13:53
1 İyun 13:27
1 İyun 12:15
1 İyun 10:52
1 İyun 09:51
1 İyun 09:49
1 İyun 09:47
1 İyun 09:16
1 İyun 08:31
1 İyun 08:18
1 İyun 08:15
1 İyun 08:09
1 İyun 08:06
1 İyun 08:01
1 İyun 07:56
1 İyun 01:30
31 May 23:32
31 May 22:44
31 May 22:22
31 May 22:20
31 May 22:17
31 May 22:11
31 May 22:08
31 May 21:03
31 May 21:02
31 May 21:00
31 May 20:58
31 May 20:56
31 May 18:59
31 May 18:55
31 May 18:52
31 May 17:35
31 May 17:17
31 May 16:55
31 May 16:46
31 May 16:18
31 May 16:00
31 May 15:00
31 May 14:44
31 May 14:38
31 May 14:16
31 May 13:18
31 May 13:00
31 May 12:19
31 May 12:04
31 May 11:33
31 May 10:38
31 May 10:11
31 May 09:48
31 May 08:12
31 May 08:10
31 May 08:09
31 May 08:07
31 May 08:04
31 May 08:02
31 May 08:00
31 May 07:58
31 May 07:57
31 May 07:54
30 May 23:02
30 May 22:46
30 May 22:24
30 May 20:49
30 May 20:47
30 May 20:45
30 May 20:42
30 May 20:37
Ən son xəbərləri səhifəmizdən də izləyin