BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaşlı kişini avtomobillə vuraraq öldürən şəxs məhkəmə zalından həbs edildi

Gəncə Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Mətləb Mayılovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 4 fevral 2025-ci il tarixdə saat 18:40 radələrində Goranboy-Ağdam avtomobil yolunun Goranboy rayonu Xan Qərvənd kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, sözügedən kənd sakini, 2004-cü il təvəllüdlü Əliyev Amin Ramil oğlu idarə etdiyi "VAZ-2107" markalı 40 BN 065 dövlət nömrə nişanlı avtomobillə, piyada, Kəlbəcər rayon sakini, 1965-ci il təvəllüdlü Bayramov Mahir Yaqub oğlunu vurub. Piyada hadisə yerində ölüb.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il 6 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclası zalında həbs olunub.

Kamal Məmmədov 

Tarix: 22 Sentyabr 2025, 09:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin