BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə borca görə qohumunu bizlə vuran keçmiş məhkumla bağlı QƏRAR

Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Ələşrəf Sultanovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


İttihama görə, hadisə 2023-cü ildə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 61 ünvanında yerləşən “Orbit” Ticarət mərkəzinin dayanacağında qeydə alınıb.


Belə ki, 1987-ci il təvəllüdlü Ələşrəf Sultanov qohumu, zərərçəkmiş Ramil Teymurovla mübahisə edib. Mübahisəyə səbəb isə olaydan bir neçə ay əvvəl zərərçəkmişə verdiyi 300 manat borc pulu ala bilməməsi olub. Bu zaman Ramil yumruqla onun çənə nahiyəsindən vurub ünvanına nalayiq ifadələr işlədib. Sonra Ələşrəf əlində gəzdirdiyi zərgər sənətində istifadə edilən bizlə (oyma) zərərçəkmiş şəxsin qarın nahiyəsindən qəsdən iki dəfə zərbə endirərək ona xəsarətlər yetirib.


Hadisədən sonra təqsirləndirilən şəxs saxlanılıb və həbs qətimkan tədbiri seçilib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 4 il 11 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şəxs apellyasiya şikayəti verərək daha yüngül cəza təyin edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.


Qeyd: Ələşrəf Sultanov daha əvvəl narkotikə görə həbs edilib və məhkumluq həyatı yaşayıb.

 

Kamal Məmmədov 

Tarix: 22 Sentyabr 2025, 09:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin