Bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ölkəmizdə və dünyada çox böyük hadisə kimi yaddaşlarda qaldı. Birinci xanımın bu nəcib təşəbbüsünə Azərbaycanın bütün rayonları çox sevinclə qoşuldular, ona dəstək verdilər. Mehriban xanımın ağac əkməklə yaşıllıqların qorunması təşəbbüsü hər bir Azərbaycan vətəndaşının ürəyincə oldu. Şübhəsiz ki, onun bu cür xeyrxah və ümumbəşəri addımı hələ uzun illər yaddaşlardan silinməyəcək.
Ancaq çox təəssüf ki, belə bir ərəfədə Birinci vitse-prezidentin yaşıllıqların qorunması ilə bağlı ali təşəbbüslərinə kölgə salmağa çalışan qurumlar və ya şəxslər də tapıldı. Buna konkret misal olaraq Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində "2-ci sahə" adlanan ərazidə SSRİ dövründə salınmış meşə zolağının kütləvi şəkildə məhv edilməsi faktını göstərmək olar. Hazırda burada mövcud olmuş meşə zolağındakı ağaclar məqsədli şəkildə qırılır, onların kökləri yandırılır, əvəzində isə hektarlarla yaşıllıqlardan təmizlənmiş torpaq sahələri qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılır.
Pravda.az xəbər verir ki, sözügedən ərazi Heydər Əliyev adına Beynəlxalq Hava Limanının təhlükəsizlik zolağına bitişik zonada yerləşir. Burada nəinki yaşayış evlərinin, hətta hər hansı iaşə obyektlərinin tikintisi belə qəti qadağandır. Hətta, bu qadağa barədə məlumat Hava Limanının sərhəd zolağında vurulmuş xəbərdarlıq lövhəsində də əks olunub. Ancaq bütün bunlara baxmayaraq, hazırda həmin ərazidəki yaşıllıqların məhv edildiyini görəndə insan təəssüf hissləri keçirməyə bilmir. Hazırda bu ərazidə ağacların çox hissəsi məhv edilib, digər hissələri isə ayrı-ayrı vətəndaşlar tərəfindən hasarlanıb.
Şübhəsiz ki, yaranmış bu acınacaqlı vəziyyətdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Sabunçu və Xəzər rayon İcra hakimiyyətləri rəhbərlikləri xəbərsiz deyillər. Görünür, həmin qurumların özləri də bilərəkdən ərazidəki yaşıllıqların məhv edilməsində maraqlıdırlar.
Sakinlərlə söhbət zamanı aydın olur ki, sözügedən yaşıllıq əraziləri vətəndaşlara Balası adlı "makler" tərəfindən satılır.
Sakinlər iddia edirlər ki, Balası adlı şəxs onlardan külli miqdarda pul alaraq, torpaqları satan zaman qanunu sənədlərini də verəcəyini söz verib. Ancaq həmin ərazidə ev tikən vətəndaşların əksəriyyətinin sənədlərini hələ də onlara təqdim olunmayıb.
Sakinlər yaşıllıqlarının məhv edildiyi ərazidə Balası adlı "makler"in özünün də dəbdəbəli villasının olduğunu deyirlər.
Sakinlərin sözlərinə görə, sözügedən meşə zolağı Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin balansında olsa da, ancaq onların biganəliyi nəticəsində bəzi işbazlar tərəfindən ağaclar olan torpaq sahələri qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara satılır. Sözügedən yaşıllıqları məhv edərək, vətəndaşlara satan əsas şəxs kimi isə Balası adlı "makler"in adı çəkilir.
Sakinlər deyir ki, ərazidəki yaşıəllıqların məhv edilməsi və torpaqların qanunsuz şəkildə satılmasından Xəzər rayon İcra Hakimiyyətinin Rəşad adlı nümayəndəsinin də xəbəri var.
"Buradakı yaşıllıqların məhv edilməsində Balası, Dilqəm və Xəzər rayon İcra Hakimiyyətinin ərazi üzrə nümayəndəsi Rəşad adlı şəxs məsuliyyət daşıyırlar. Onların iştirakı ilə bu torpaqlar qanunsuz şəkildə satılır", - deyə sakinlər əlavə edib.
Şikayətçi olan sakinlər sözügedən ərazidə törədilən qanunsuz əməllərlə bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
Sözügedən ittihamlarda adı hallanan Balası adlı şəxslə əlaqə saxladıq. O, həmin ərazilərdə heç bir ağac kəsmədiyini bildirib: "Mən nə ağac kəsməmişəm, nə də meşə zolağını satmamışam. Haqqımda səsləndirilən ittihamlar yalandır. Mənə qarşı bütün bu yalanları uyduran və şikayətçiləri üzərimə qaldıran bir nəfərdir. İndi o adam qaçıb xaricdə gizlənib, bunları da o edir". Demokrat.az
17 Oktyabr 09:13
17 Oktyabr 09:08
17 Oktyabr 08:55
17 Oktyabr 08:53
17 Oktyabr 04:11
16 Oktyabr 22:27
16 Oktyabr 22:00
16 Oktyabr 21:56
16 Oktyabr 20:43
16 Oktyabr 20:28
16 Oktyabr 19:22
16 Oktyabr 19:00
16 Oktyabr 18:58
16 Oktyabr 18:31
16 Oktyabr 18:30
16 Oktyabr 18:28
16 Oktyabr 18:24
16 Oktyabr 18:23
16 Oktyabr 18:22
16 Oktyabr 18:21
16 Oktyabr 17:57
16 Oktyabr 17:54
16 Oktyabr 17:50
16 Oktyabr 17:46
16 Oktyabr 17:43
16 Oktyabr 17:36
16 Oktyabr 17:19
16 Oktyabr 17:14
16 Oktyabr 17:12
16 Oktyabr 17:02
16 Oktyabr 17:01
16 Oktyabr 16:50
16 Oktyabr 16:43
16 Oktyabr 16:32
16 Oktyabr 16:29
16 Oktyabr 16:23
16 Oktyabr 16:17
16 Oktyabr 16:15
16 Oktyabr 16:13
16 Oktyabr 16:08
16 Oktyabr 15:57
16 Oktyabr 15:55
16 Oktyabr 15:47
16 Oktyabr 15:45
16 Oktyabr 15:37
16 Oktyabr 15:30
16 Oktyabr 15:29
16 Oktyabr 15:21
16 Oktyabr 15:18
16 Oktyabr 15:05
16 Oktyabr 15:02
16 Oktyabr 14:55
16 Oktyabr 14:49
16 Oktyabr 14:45
16 Oktyabr 14:41
16 Oktyabr 14:27
16 Oktyabr 14:20
16 Oktyabr 14:19
16 Oktyabr 14:17
16 Oktyabr 14:11
16 Oktyabr 14:03
16 Oktyabr 13:54
16 Oktyabr 13:38
16 Oktyabr 13:30
16 Oktyabr 13:19
16 Oktyabr 13:14
16 Oktyabr 13:12
16 Oktyabr 13:09
16 Oktyabr 13:08
16 Oktyabr 12:59
16 Oktyabr 12:58
16 Oktyabr 12:54
16 Oktyabr 12:52
16 Oktyabr 12:48
16 Oktyabr 12:45
16 Oktyabr 12:41
16 Oktyabr 12:32
16 Oktyabr 12:27
16 Oktyabr 12:21
16 Oktyabr 12:12
16 Oktyabr 12:11
16 Oktyabr 12:10
16 Oktyabr 12:06
16 Oktyabr 12:04
16 Oktyabr 12:00
16 Oktyabr 11:48
16 Oktyabr 11:44
16 Oktyabr 11:42
16 Oktyabr 11:41
16 Oktyabr 11:38
16 Oktyabr 11:35
16 Oktyabr 11:35
16 Oktyabr 11:32
16 Oktyabr 11:31
16 Oktyabr 11:29
16 Oktyabr 11:27
16 Oktyabr 11:26
16 Oktyabr 11:23
16 Oktyabr 11:21
16 Oktyabr 11:21
16 Oktyabr 11:18
16 Oktyabr 11:13
16 Oktyabr 11:12
16 Oktyabr 11:09
16 Oktyabr 11:07
16 Oktyabr 11:01
16 Oktyabr 10:59
16 Oktyabr 10:49
16 Oktyabr 10:42
16 Oktyabr 10:35
16 Oktyabr 10:25
16 Oktyabr 10:18
16 Oktyabr 10:14
16 Oktyabr 10:08
16 Oktyabr 10:07
16 Oktyabr 09:48
16 Oktyabr 09:38
16 Oktyabr 09:32
16 Oktyabr 09:22
16 Oktyabr 09:20
16 Oktyabr 09:17
16 Oktyabr 09:12
16 Oktyabr 09:06
16 Oktyabr 08:50
16 Oktyabr 08:47
16 Oktyabr 08:45
16 Oktyabr 08:38
16 Oktyabr 08:28
16 Oktyabr 08:25
16 Oktyabr 07:55
16 Oktyabr 07:50
16 Oktyabr 07:48
16 Oktyabr 06:42
16 Oktyabr 06:41
16 Oktyabr 06:39
16 Oktyabr 00:47
15 Oktyabr 23:36
15 Oktyabr 21:51
15 Oktyabr 21:43
15 Oktyabr 21:40
15 Oktyabr 21:36
15 Oktyabr 21:19
15 Oktyabr 21:15
15 Oktyabr 20:18
15 Oktyabr 18:57
15 Oktyabr 18:53
15 Oktyabr 18:49
15 Oktyabr 18:44
15 Oktyabr 18:37
15 Oktyabr 18:33
Ən son xəbərləri səhifəmizdən də izləyin