BURADA REKLAMINIZ OLA
BİLƏR

Oxumaq beyini necə dəyişir?

Elm adamlarının apardığı son araşdırmalar göstərir ki, kitab oxumaq yalnız məlumat əldə etməyə xidmət etmir, həm də beyinə bir növ “idman” təsiri göstərir.

 

Pravda.az bildirir ki, gündə cəmi 20 dəqiqə mütaliə yaddaşın güclənməsinə, diqqətin artmasına və beyin fəaliyyətinin daha aktiv qalmasına səbəb olur.


Psixoloqlar qeyd edir ki, oxumaq zamanı beyində yeni sinir əlaqələri yaranır, bu isə düşünmə qabiliyyətini inkişaf etdirir. Hətta mütaliə stress səviyyəsini azaldır, insanın gündəlik həyatda daha sakit və balanslı davranış göstərməsinə kömək edir.


Xüsusilə diqqətçəkən məqam odur ki, kitab oxuyan insanlarda alzheimer və demans kimi xəstəliklərin yaranma riski az olur. Çünki mütaliə zamanı beyinin müxtəlif sahələri eyni anda aktivləşir və bu da neyronların uzun müddət sağlam qalmasına şərait yaradır.
 

Mütəxəssislər tövsiyə edir ki, hər gün müəyyən vaxt ayıraraq kitab oxumaq adətə çevrilməlidir. Onların fikrincə, oxumaq – beyin üçün idmandır və insanın həm zehni, həm də emosional sağlamlığını qorumaqda mühüm rol oynayır.

Əminə Bayramova 

Tarix: 25 Sentyabr 2025, 08:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin