BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB-dən böyük tender: 26 milyon xərcləyəcək

TƏBİB-in tabeliyində olan “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş sarğı məqsədli sərfiyyat mallarının (2 761 623 AZN), oftalmoloji avadanlıqların (10 232 901 AZN), bakterioloji müayinədə istifadə olunacaq testlərin (12 906 638 AZN) alınmasına ümumilikdə 25 901 162 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidmətləri isə “Terra Pharm”, “Vitta Elmi-Texniki”, “Spektr Med” MMC-lər göstərəcək.

 

Qurum hər üç şirkətlə müvafiq müqavilələr bağlayıb.

 

Cabir

Tarix: 24 Sentyabr 2025, 18:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin