BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşü olub - YENİLƏNDİ

Sentyabrın 24-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Rosen Jelyazkov ilə görüşü olub.

 

Pravda.az xəbər verir ki, Baş nazir Rosen Jelyazkov Azərbaycanla Bolqarıstan arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğunu dedi.

 

Prezident İlham Əliyev də öz növbəsində münasibətlərimizin ənənəvi dostluq və tərəfdaşlıq xarakteri daşıdığını qeyd etdi.

 

Söhbət zamanı enerji sahəsində hazırkı uğurlu əməkdaşlığımızdan məmnunluq ifadə edildi, bu sahədə əlaqələrin inkişafı üçün yeni perspektivlərin olduğu bildirildi.

 

Görüşdə Azərbaycanla Bolqarıstan arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına dair fikir mübadiləsi aparıldı.

Tarix: 24 Sentyabr 2025, 22:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin