BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə arvadına odun doğrayanla xəsarət yetirən şəxslə bağlı qərar çıxardı

Şəki Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Uğur Tağıyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya protesti təmin edilib, Ağdaş Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli qərarı iş üzrə maddi sübut - Ağdaş Rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan 1 ədəd motorlu odun doğrayanın təqsirləndirilən şəxsə qaytarılması hissəsində dəyişdirilib.


İttiham aktına görə, hadisə 2025-ci il 25 may tarixdə, saat 17:00 radələrində Ağdaş rayonu ərazisində qeydə alınıb.


Belə ki, Uğur Tağıyev birlikdə yaşadığı həyat yoldaşı, zərərçəkmiş Mələk Tağıyeva (adı, soyadı şərtidir) ilə şəxsi münasibətlər zəminində mübahisə edib. Bu zaman təqsirləndirilən şəxs əlində olan sönülü vəziyyətdəki matorlu odun doğrama mişarı ilə qəsdən arvadının üz nahiyəsinə zərbə endirib. Nəticədə Mələk yüngül dərəcəli bədən xəsarətləri alıb.


Ağdaş Rayon Məhkəməsinin hökmü ilə cinayət təqibinə xitam verilib və Uğur Tağıyev cinayət məsuliyyətindən azad edilib.
 

Kamal Məmmədov 

Tarix: 25 Sentyabr 2025, 08:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin