BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 42 minlik dələduzluq edən şəxsin cəzası yüngülləşdirildi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəsul İbadovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayətini təmin edilib, Binəqədi Rayon Məhkəməsinin hökmünü dəyişdirib. Təqsirləndirilən şəxsə əvvəl təyin edilmiş 2 il 3 ay azadlıqdan məhrumetmə cəzası əvəzinə 3 il azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunub. Əvvəlki həbs müddətləri nəzərə alınıb və onun üzərində 2 il 5 ay 2 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası saxlanılıb.


İttiham aktına görə, Rəsul İbadov zərərçəkmiş M.M.-ə (adı, soyadı şərtidir) onun həbsdə olan oğlununun azad olunmasına kömək göstərilməsi vədini verərək yüksək vəzifəli şəxslərlə yaxın münasibətləri olduğunu, onların vasitəsilə məsələlərini həll edə biləcəyini bildirib, həmin vədlərin doğruluğunu sübut etmədən 20 000 manat məbləğində pul vəsaitini 2022-ci ildə Yevlax rayonunda, 22 000 manat məbləğində pul vəsaitini isə Bakı şəhərində alaraq ələ keçirib. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 42.000 manat ziyan vurub.


Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Rəsul İbadov 2 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum edilmiş və dərhal məhkəmə iclas zalından həbs olunmuşdu.


Kamal Məmmədov 

Tarix: 25 Sentyabr 2025, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin