BURADA REKLAMINIZ OLA
BİLƏR

Gözəgörünməz çirklər dərinizə sızır - SADƏ HƏLL

Üzümüz gün ərzində hava çirkləri, toz, makiyaj qalığı, yağ və tərləmə kimi müxtəlif təsirlərə məruz qalır. Bu maddələr zamanla gözənəklərdə yığılır, dərinin nəfəs almasını çətinləşdirir və nəticədə qızartı, sızanaq, matlıq və qıcıqlanma kimi problemlərə səbəb ola bilər.

 

Pravda.az bildirirlər ki, bu “görünməz kir”lərin təsirindən qorunmaq üçün ən sadə və effektiv üsul gündə ən azı iki dəfə üzün yuyulmasıdır. Lakin bu iş təkcə su ilə olmaqla kifayət etmir.

 

Tövsiyələr:

 

Uyğun təmizləyici məhsul seçin — dəri tipinizə (quru, yağlı, normal, qarışıq) uyğun, çox sərt olmayan və pH balanslı yuyucu gel və ya köpük seçmək məsləhətdir.

 

Yumşaq dairəvi hərəkətlərlə masaj edin — üzünüzü yuyarkən sərt sürtməkdən çəkinin, bu, dəriyə zərər verə bilər.

 

İlıq su ilə durulayın — çox isti su dərinin qoruyucu lipid təbəqəsini poza bilər.

 

Mikro-qıcıqlanmalara diqqət edin — hiss edirsinizsə ki, dəriniz quruyur, gərginləşir və ya qırmızılaşırsa, istifadə etdiyiniz məhsulları yenidən gözdən keçirin.

 

Makiyajı yatmadan əvvəl təmizləyin — gecə boyu makiyaj qalığı dəriyə zərər verə bilər.

 

Sulfatsız və alkoqolsuz variantları seçin — bu cür yuyucular dərinin hərarətini və rütubət balansını daha yaxşı qoruyur.

 

Bu yanaşma sadə olsa da, davamlı tətbiq edildikdə dərinin sağlamlığını qorumağa və səthi qüsurların qarşısını almağa kömək edə bilər.

 

Əminə Bayramova

Tarix: 25 Sentyabr 2025, 14:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin