BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident bu şəxslərlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Pravda.az xəbər verir ki, Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər:

 

Məmmədzadə Kənan Kamil oğlu – polkovnik-leytenant

 

Sanıyev Xalid Bəhmən oğlu – polkovnik-leytenant

 

Şahmaliyev Vaqif Şaiq oğlu – polkovnik-leytenant

 

Ağayev Vüsal Mirzağa oğlu – kapitan

 

Mövlamov Füzuli Saleh oğlu – kapitan

 

Musayev Mirvahid Mirələm oğlu – kapitan

 

Şaliyev Şahin Eldar oğlu – kapitan

 

Əliyeva Məsumə Teymur qızı – baş leytenant.

Tarix: 25 Sentyabr 2025, 16:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin