BURADA REKLAMINIZ OLA
BİLƏR

Tramp ölüm hökmünün tətbiqi ilə bağlı fərman imzaladı

ABŞ prezidenti Donald Tramp Vaşinqtonda törədilmiş ağır cinayətlər üçün ölüm hökmünün tətbiqi ilə bağlı fərman imzalayıb.

 

Bu haqda Oval Ofisdən aparılan canlı yayımında məlumat verilib.

 

Bu tədbir ABŞ ştatı olmayan Kolumbiya dairəsində həyata keçiriləcək. Paytaxt rəsmi olaraq ABŞ Konqresi tərəfindən idarə olunur.

 

Qeyd edək ki, ABŞ-ın merika qeyri-kommersiya təşkilatı “Death Penalty Information Center”in məlumatına görə, 1973-cü ildən bəri ABŞ-da edama məhkum edilmiş 200 nəfər bəraət qazanıb, onlardan 108-i qaradərili olub.

 

APA

Tarix: 26 Sentyabr 2025, 07:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin