BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda şirkətin pullarını mənimsəyən ekspeditora hökm oxundu

Sabunçu Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Eldar Lətifovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.


İttiham aktına görə, Eldar Lətifov 01 avqust 2023-cü il tarixdən Bakıda fəaliyyət göstərən MMC-lərdən birində ekspeditor vəzifəsində çalışıb. O, işlədiyi müddətdə şirkətin müxtəlif satış nöqtələrinə çatdırdığı malların əvəzində sahibkarlardan topladığı vəsaitləri müəssisənin xəzinəsinə təhvil verməyib.


Belə ki, Eldar satış nöqtələrindən daxil olan pulları - ümumilikdə 19 129,54 manat məbləğində vəsaiti mənimsəyib.

Kamal Məmmədov 

Tarix: 26 Sentyabr 2025, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin