BURADA REKLAMINIZ OLA
BİLƏR

“Pepsi”nin satışını həyata keçirən şirkət əməkdaşı azadlığa buraxıldı

Şəki Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Məğrur Nəbiyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib, Mingəçevir Şəhər Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli hökmü əsаs cəzaya və mülki iddiаyа aid hissədə dəyişdirilib. Təqsirləndirilən şəxs 1 il 8 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib və məhkəmə iclas zalından dərhаl həbsdən azad olunub.


İttiham aktına görə, Məğrur Nəbiyev 2021-2023-cü il tarixlərində Mingəçevir şəhəri, Mehmandarov küçəsi 16B ünvanında hüquqi qeydiyyatda olan və “Pepsi” adlı spirtsiz içkilərin satışını həyata keçirən “RVN” MMC-də ticarət nümayəndəsi vəzifəsində çalışarkən, ona etibar olunmuş maddi vəsaitləri mənimsəmək yolu ilə talama cinayəti törədib.


Belə ki, o, Mingəçevir şəhərində yerləşən anbarlardan qaimə-fakturalarla rəsmiləşdirilmiş və rəsmi sənədlərlə təsdiq olunmuş 916 698,88 manat dəyərində “Pepsi” markalı spirtsiz içkiləri satış üçün götürüb. Həmin məhsulların ticarət subyektlərinə çatdıraraq satıb. Nəticədə Məğrur MMC-nin satış gəlirlərindən 11 909,90 manatı şirkətin xəzinəsinə mədaxil etməyib, şəxsi ehtiyaclarına sərf edib.


Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Kamal Məmmədov 

Tarix: 26 Sentyabr 2025, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin