BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücünün ölümünə səbəb olan şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Qubad Bayramovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il 6 ay müddətə azadlıqdan edilib.


İttihama görə, hadisə 24 may 2022-ci il tarixdə, saat 20:30 radələrində avtomobillə Abşeron rayonu Mehdiabad qəsəbəsinin ərazisində qeydə alınıb.


Belə ki, Qubad Bayramovun idarə etdiyi “Opel Astra” markalı avtomobil “VAZ-21154” markalı maşınla toqquşub. Nəticədə “VAZ-21154”ün sürücüsü Ramin Səmədov ölüb.


Hadisədən sonra Q.Bayramov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 26 Sentyabr 2025, 10:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin