BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər həmişə maraqla qarşılanır” - RƏY

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı, keçirilən yüksək səviyyəli görüşlər çərçivəsində ölkəmizlə bağlı prioritet layihələrin müzakirə olunması Azərbaycanın inkişafından, onun liderinin şəxsi nüfuzundan xəbər verir. Prezident İlham Əliyev sessiya zamanı dünyanın alternativ investisiyalar sahəsində ən böyük idarəedici şirkətlərindən biri olan “Brookfield Asset Management” şirkətinin baş icraçı direktoru Brüs Flətt,  “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktoru Corc Volker və “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə də görüşdü. Adıçəkilən və dünyanın ən böyük maliyyə qurumları sırasında yer alan bu şirkətlərin rəhbərləri ilə görüşlərin onların müraciətləri əsasında baş tutması göstərir ki, həmin qurumların Azərbaycana böyük marağı var. BMT-də keçirilən digər bütün görüşlərin də məhz qarşı tərəflərin müraciətləri ilə reallaşması ölkəmizə və onun Prezidentinə olan marağın və  rəğbətin təcəssümüdür. Azərbaycan Prezidenti bu dəfə BMT tribunasından sülh çağırışı edərək dünyaya sübut edir ki, sülhü BMT-dən gözlədiyimiz halda biz özümüz onu əldə etməyə nail olduq.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib ki, sessiyada keçirilən hər üç görüş sözügedən şirkət rəhbərlərinin xahişi ilə baş tutub.

Aydın Mirzəzadə: "Bəzi insanlar böyük işlərə qiymət vermirlər" Pravda.az

“Xaricin tanınmış şirkətləri Azərbaycana investisiya qoymaqda, ölkəmizlə birgə layihələrdə yer almaqda çox maraqlıdırlar. Azərbaycan özünü çox etibarlı tərəfdaş kimi tanıdıb və təşəbbüskar olduğu regional iqtisadi layihələr bu gün tək regionun deyil, Avropanın da iqtisadi göstəricilərindən biri hesab edilə bilər. BMT sessiyasında keçirilən görüşlərdə bir qayda olaraq beynəlxalq vəziyyətlə yanaşı, ikitərəfli əlaqələr də geniş müzakirə edilir. Cənab Prezidentimiz beynəlxalq aləmdə tanınan simadır. Onun verdiyi təkliflər, eyni zamanda ona edilən təşəbbüslərin qiymətləndirilməsi həmişə maraqla qarşılanır. İnanıram ki, bu görüşlər Azərbaycan üçün çox faydalı olacaq. Azərbaycanla bağlı daha çox iqtisadi təşəbbüsləri eşidəcəyik", - deputat bildirib.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə deyib ki, həm ölkə daxilində, həm də Azərbaycandan kənarda keçirilən əksər beynəlxalq toplantılarda aparıcı şirkət rəhbərlərinin Azərbaycan Prezidenti ilə görüşlərinin məhz onların öz müraciətləri əsasında keçirildiyi müşahidə edilir:

Vüqar Bayramov: "İğdır-Naxçıvan qaz kəməri vasitəsilə Naxçıvana ildə 750  milyon kubmetrə yaxın mavi qaz nəql ediləcək" Pravda.az

“Bir tərəfdən bu, Azərbaycan Prezidentinin şəxsi nüfuzunu, digər tərəfdən Azərbaycanın gücünü göstərir. Nəzərə alsaq ki, Prezident İlham Əliyevin qəbul etdiyi qərarlar, müəyyənləşdirdiyi strategiya regionda yeni düzən formalaşdırıb. Prezidentin rəhbərliyi nəticəsində Azərbaycan nəinki regional, bir sıra beynəlxalq mövzularda qərarların qəbuluna təsir imkanlarına malikdir. Bu isə məhz Azərbaycanın güclü liderə, uzaqgörən dövlət rəhbərinə sahib olduğunu bir daha göstərir. Belə görüşlərin qarşı tərəflərin müraciətləri əsasında baş verməsi qürurvericidir. Bu, Azərbaycana, Azərbaycan liderinə olan münasibəti bir daha təsdiq edir. Bu əməkdaşlıq Azərbaycan üçün vacib əməkdaşlıqlardan biridir. Nəzərə alsaq ki, “Brookfield Asset Management” dünyanın aparıcı şirkətlərindən biridir. Xüsusən, bu tip şirkətlə əməkdaşlığın qorunması qeyri-neft sektoruna sərmayə cəlbinə imkan yaradır, təşviq edir. Belə bir əməkdaşlıq Azərbaycan iqtisadiyyatına daha çox sərmayə cəlb edilməsi, beynəlxalq iqtisadi əlaqələrin daha da güclənməsi aspektindən vacibdir”.

 

Siyasi şərhçi Abutalıb Səmədov açıqlamasında deyib ki, ehtiyac olarsa, Azərbaycan hakimiyyəti də görüş təşəbbüsü ilə müxtəlif dövlətlərin liderlərinə müraciət edə bilər:

Prezident seçkilərinin qalibinin məhz cənab İlham Əliyev olması labüd idi,  ictimai maraqlar bunu tələb edirdi" - RƏY Pravda.az

“Çünki böyük liderlər üçün dövlətin və xalqın maraqları əsasdır. Ancaq bu gün Azərbaycanın beynəlxalq vəziyyəti, onun nüfuzu, qarşısında duran vəzifələr və son keçirilən görüşlər bu cür təşəbbüslə çıxış etməyi zəruri hala gətirdi. Təbii ki, Azərbaycan lideri ilə görüşmək istəyənlər var. Bu, dövlətimizin gücü, çəkisi, iqtisadi, logistik imkanları ilə bağlıdır. Müxtəlif ölkə liderləri, şirkət rəhbərləri beynəlxalq tədbirlərdə Azərbaycan Prezidenti ilə görüş keçirilməsini xahiş edirlər. Zəruri sayıldıqda həmin müraciətlər qəbul olunur. Prezident İlham Əliyevin BMT-nin nüfuzu ilə bağlı söylədikləri əksər siyasətçilərin, dövlət liderlərinin gəldiyi qənaətdir. Çox təəsüf ki, BMT, beynəlxalq qurumlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Bu səbəbdən həm ölkə rəhbərləri, həm son günlər BMT-nin baş katibi islahatların zəruri olduğunu bəyan etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Təhlükəsizlik Şurasının daimi beş üzvünə xidmət etdiyini açıq şəkildə dedi. Azərbaycan Prezidenti bir daha xatırlatdı ki, icrası məcburi olan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, təxminən, 30 ilə yaxın icra olunmadı. Halbuki böyük dövlətlərin maraqları tələb edəndə bəzən heç bir qərar olmadan müəyyən addımlar atılıb. Bəzən də Təhlükəsizlik Şurasının qərarı qəbul olunduqdan dərhal sonra hərəkətə keçilib. Ancaq 30 ilə yaxın dörd qətnamənin icrası heç kimin yadına düşmədi. Azərbaycan məcbur olub bu qətnamələrin icrasını özü təmin etdi. Bu gün dünyada əksər siyasətçilərin, dövlət liderlərinin gəldiyi qənaət budur ki, dövlətlərarası münasibətlərdə, münaqişlərdə həlledici amil beynəlxalq hüquq deyil, güc faktorudur. Bu reallığı hər kəsdən əvvəl dərk edənlərdən biri Azərbaycan Prezidenti İlham Əliyevdir. BMT Təhlükəsizlik Şurasında mütləq islahatlar keçirilməli, daimi üzvlərin sayı artırılmalı, qlobal Cənubun əlavə təmsilçiliyi təmin olunmalıdır. Baş verən hadisələrdə, o cümlədən Azərbaycanın üzləşdiyi 30 il ərzində icra olunmayan qətnamələrdən ciddi nəticə çıxarılmalıdır. Ümid edirik ki, Azərbaycan Prezidentinin söylədiyi, digər dövlət başçılarının da dönə-dönə təkrar etdikləri həqiqətlər, nəhayət, anlaşılacaq, BMT Təhlükəsizlik Şurasında ciddi islahatlar keçiriləcək. Bu addımın isə hətta yaxın illərdə atilmayacağı heç kimdə şübhə doğurmur".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

Aytəkin Qardaşova

 

Dörd il ötdü - Medianın İnkişafı Agentliyi Prezidentin media siyasətinin  lokomotivinə çevrilə bilib Pravda.az

Tarix: 27 Sentyabr 2025, 16:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin