BURADA REKLAMINIZ OLA
BİLƏR

Psixoloji baş ağrısı nədir?

Gündəlik stres, emosional yük və iş–həyat balansının pozulması bədənə əks oluna bilər və fiziki səbəbi olmayan baş ağrıları, psixoloji baş ağrıları yaranar.
 

Pravda.az bildirir ki, bu ağrılar ən çox stress-gərginlik tipi və narahatlıq yönümlü olur.


Gərginlik tipi ağrı: başın hər iki tərəfində sıxışdırıcı və yüngül davamlı şiddətdədir, boyun-çiyin gərginliyi və yuxu pozuntuları ola bilər.
 

Narahatlıq ağrısı: narahatlıq dövrlərində ortaya çıxar, döyüntü, nəfəs darlığı, mədə narahatlığı müşahidə oluna bilər.
 

Bu ağrı növləri migrenlə fərqlənir — migren daha çox zonklayıcı, tək tərəfli və işığa səslərə duyarlı ola bilər.


Müalicə üçün stresə nəzarət, terapiya, meditasiya, fiziki fəaliyyət və nizamlı yuxu məsləhət görülür. Altda yatan emosional səbəblər aradan qaldırılmasa, ağrılar xronikləşə bilər.


Bu hal həyati təhlükə yaratmasa da, həyat keyfiyyətini pisləşdirə bilər, erkən müdaxilə önəmlidir.


Əminə Bayramova 

Tarix: 29 Sentyabr 2025, 09:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin