BURADA REKLAMINIZ OLA
BİLƏR

Həkimsiz xolesterin nəzarəti: evdə tətbiq edilə biləcək üsullar

Xolesterin səviyyəsini ev şəraitində azaltmaq əsasən həyat tərzi dəyişikliyi ilə mümkündür.
 

Pravda.az bildirir ki, qidalanmada emal olunmuş məhsulları, qızartmaları və yüksək şəkərli qidaları azaltmaq vacibdir.


Mütəmadi fiziki fəaliyyət — həftədə 3–4 dəfə 30 dəqiqə yürüş və ya orta templi idman — LDL (pis) xolesterini azaldarkən, HDL (yaxşı) xolesterini yüksəldə bilər.


Omega-3 yağ turşuları ilə zəngin olan balıq, qoz, kətan toxumu, chia kimi qidalar faydalıdır.


Sarımsaq, zeytun yağı, badam, avokado sağlam yağlar kimi tövsiyə olunur.
 

Gündəlik olaraq yaşıl yarpaqlı tərəvəzlər və təzə meyvələr istehlak etmək, lifli qidaların miqdarını artırmaq xolesterin səviyyəsinin tənzimlənməsinə kömək edir.


Siqaret və alkoqoldan uzaq durmaq da xolesterini nəzarətdə saxlamaq üçün mühüm amildir.


Əminə Bayramova 

Tarix: 29 Sentyabr 2025, 10:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin