Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutması faktı xarici KİV-in diqqət mərkəzindədir.
Pravda.az-ın xəbərinə görə, Qazaxıstanın nüfuzlu “Abai” İnformasiya Agentliyi(www.abai.kz) də Ermənistanın Azərbaycana qarşı gerçəkləşdirdiyi növbəti təxribata geniş diqqət ayırıb. Abai.kz-nin “Azərbaycan gəncliyi: 30 ildir gözləyirik. Səbrimiz tükəndi” başlıqlı materialında qeyd olunub ki, Azərbaycan ordusunun cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb və Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir.
Materialda Ermənistanın təxribatına Türkiyə və Qazaxıstanın da mövqeyinə geniş yer verilib.
Qazaxıstan mediası mövzu ilə bağlı azərbaycanlı jurnalist, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının da fikirlərinə istinad edib.
F.Şahbazlı açıqlamasında qeyd edib ki, Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verənlər işğalçı ölkənin təcavüzkar siyasətinin davamıdır və növbəti təxribatdır. O bildirib ki, Ermənistan beynəlxalq diqqəti Azərbaycanın işğal edilmiş torpaqlarından yayındırmaq üçün bu şəkildə hərbi avantüra yolunu seçib. Jurnalist qeyd edib ki, işğalçı ölkə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, təcavüzkar siyasətinə görə, məsuliyyətdən qaçmağa çalışır: “Amma unudur ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır davam edən işğalçılıq siyasəti və sərhəddə törətdiyi təxribatlar Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın da prinsiplərinə ziddir”.
F.Şahbazlı xatırladıb ki, Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir: “Ermənistanın törətdiyi bu təxribat rəsmi Yerevanın münaqişəsinin sülh yolu ilə həllində maraqlı olmadığının daha bir sübutudur. Bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir məqamda Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, işğalçı ölkənin BMT Baş katibinin pandemiya ilə bağlı qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi ilə bağlı mövqeyi ağ bir yalandır”.
F.Şahbazlı qeyd edib ki, Azərbaycan 30 ilə yaxındır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səbr edir: “Biz beynəlxalq hüququ pozmaq istəmirik. Daha çox insan qanının axıdılmasını istəmirik. Ancaq bizim səbrimiz də daşır. Azərbaycan Silahlı Qüvvələri regionun və dünyanın ən güclü ordularından biridir. Azərbaycan xalqı və dövləti Dağlıq Qarabağla bağlı heç bir güzəştə getməyəcək. Problem sülh yolu ilə həlli tapmazsa Azərbaycanda güc yolu ilə öz torpaqlarını işğaldal azad etmək əzmindədir”.
F.Şahbazlı beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə, sərhəddə törətdiyi təxribata səssiz qalmamasının zəruri olduğuna diqqət çəkib.
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin