BURADA REKLAMINIZ OLA
BİLƏR

Yetmiş manat borc pula görə tanışını döyən şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən İmran Əkbərli (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.


İttiham aktına əsasən, hadisə ötən il Abşeron rayonu ərazisində qeydə alınıb.


Belə ki, İmran Əkbərli kirayə yaşadığı evdə zərərçəkmiş Vahid Səttarovla (adı, soyadı şərtidir) arasında mübahisə düşüb. Buna səbəb isə onun tanışından 70 manat məbləğində pul borcunu istəməsi olub. Mübahisə zamanı təqsirləndirilən şəxs kobud danışaraq qəsdən yumruqla zərərçəkmiş şəxsin baş nahiyəsinə zərbə vurub. Nəticədə Vahidin ənsə nahiyəsində flüktuasiya ilə müşayiət olunan hematoma və tük dibinə qansızma yaranıb.


Hadisədən sonra İmran Əkbərli saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Kamal Məmmədov 

Tarix: 29 Sentyabr 2025, 08:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin