Sentyabrın 26-dan etibarən “iPhone 17” və “iPhone Air” modelləri Azərbaycanda rəsmi satışa çıxarılıb. 26 sentyabr gecəsi satışa çıxarılan “iPhone 17 Pro” və “Pro Max” modellərinin ilkin stokları iki saat ərzində tükənib. Alıcı izdihamı ilə bağlı görüntülər sosial şəbəkələrdə müzakirə yaradıb. Çoxları “iPhone 17” alıcılarının aşağı təbəqəli insalar olduğunu, borc, kreditlə bu telefonu əldə etdiklərini deyirlər...
Tanınmış psixoloq Əfsanə Rüstəmova Pravda.az-a açıqlamasında deyib ki, “kütlə” dediyimiz zaman çoxluq nəzərdə tutulur və çoxluğun düzəlməsi birdən, ani toxunuşla mümkün deyil.
“Çoxluq adətən zamanla, dünya görüşü, təhsil səviyyəsi və resursların əlçatanlığı ilə “düzələ bilər”. Bunlar iqtisadi tərəfdən yanaşa biləcəyimiz və insan psixologiyası üzərindən qurulmuş satış texnikalarıdır. İnsanlar statuslarını yuxarı, resurslarını daha artıq göstərmək üçün müxtəlif üsullardan istifadə edirlər. Hətta bu üsullara Azərbaycan cümlələrinin içinə rus sözləri yerləşdirmək də daxildir. Bu da vaxtilə statusu yuxarı göstərirdi. Necə ki hazırda Azərbaycan dilindəki cümlələrin içinə ingiliscə sözlər yerləşdirmək statusu yuxarı göstərir. Bu, “mən sizdən fərqliyəm” aksessuarıdır. Bunu insanların geyimlərində də görə bilərik. Məsələn, hazırda çantalara taxılan məşhur oyuncaqlar da status fərqi deməkdir. Yəni “mənim üçün bunlar əlçatandır, artıq bu resurslara sahibəm...” Telefon da insanların mütəmadi üzərilərində gəzdirdikləri və gündəlik istifadə etdikləri bir vasitədir. Bir insanın bahalı maşını olar, amma getdiyi obyektdə bu maşını çox insan görməz. O, öz maşınını onu görən insanlar qədər təsdiq edə bilər. Telefon isə belə deyil, hər dəqiqə əlimizdədir. Üç ay sonra bu trend sonlanacaq və artıq insanların gözünə “iPhone 17” fərqli olanın əlçatanlığı kimi görünməyə başlayacaq. Hazırda bu məhsul bazara gəlir və indi sənin əlində varsa, deməli, sənin resurslarınla səni deyən insanlar arasında fərq var. Üç ay sonra “iPhone 17” fərqli ölkələrdən daha aşağı qiymətə gətirilə bilər. Böyük ehtimalla, feykləri də satışa çıxarılacaq, eyni effektdə olmayacaq. Bu isə çox təbiidir, çünki “kütlə” dediyimiz zaman heç vaxt yuxarı təhsil səviyyəsini, yuxarı dünya görüşünü, yuxarı resursları özündə birləşdirən qrup deyil, adətən orta və aşağı statistikanın birləşməsi nəzərdə tutulur. Kütlənin təhsil səviyyəsi, dünya görüşü heç vaxt yüksək olmur və bu cür adamlar, əlbəttə ki, “iPhone 17” kimi aksessuarlar, detallarla fərqlənirlər. Onlar “Bu pulu başqa necə istifadə etmək olar ki, daha effektiv olsun?” kimi növbəti addımları düşünmürlər. Kredit alırlar, borc götürülər, icarələyirlər, yetər ki, “iPhone 17” statusda görünsün. Bütün bunların hamısının fövqündə duran həmin insanların fərqlənmə arzusudur. Bu isə həmin insanların özünü nisbətən daha aşağı görmələrindən qaynaqlanır. Məsələn, boyum 175 santimetrdir, bir otağa girdim, otaqda hər kəsin boyu mənimki ilə eynidirsə, heç vaxt barmaqlarımın ucuna qalxmayacağam, onlarla danışanda və ya görüşəndə dikdaban geyinməyəcəyəm. Otaqda hamı 190, mən isə 175 santimetr boyundayamsa, onda bu, bir müddət sonra məni sıxmağa başlayır. Həm barmağımın ucunda dururam, həm ayaqqabımın altına altlıqlar geyinirəm... Mən olduğum çevrədə özümü aşağı hiss edirəmsə, bu cür “ayaqaltılar” məni yuxarı göstərəcək. Özümü aşağılanma kompleksindən qurtarmaq üçün əslində bu nüanslara əl atıram”.
Psixoloq deyib ki, insanların emosional ehtiyaclarının ödənilməsi mütləqdir: “İnsan yaşadığı həyatın hər saniyəsində içində olan hansısa aclığı, hansısa arzunu təmin etmək üçün içindən çölə qarşı müəyyən davranış sərgiləyir. Məsələn, “iPhone 17” almaq insanın içindəki arzunu və ya aclığı doyurmaq üçün atılan addımdır. Amma biz sonuncu mərhələni görürük - o adam həmin telefonu aldı. Bunun əvvəlki mərhələlərini isə görmürük. Görəsən, bu adam hansı təşfiq hissi ilə bu alışı həyata keçirib? Hazırkı bazar iqtisadiyyatı dövründə bunlar çox da maraqlı təhliletmələr deyil. Onlar üçün lazım olan bazar belə idarə olunur. Əsla və əsla məntiq çərçivəsinə gəlmədən, səthi düşünərək bu alışı həyata keçirirlər. Hər bir halda insanlar öz resurslarını başqalarından daha yaxşı bilirlər. “iPhone 17”ni borca, kreditə - necə alırlarsa, fərqi yoxdur, bu onların hansısa hissini təmin edə biləcəksə, sonrasında özlərini yaxşı hiss edəcəklərsə, biz heç də bu alışa “pis alış” deməməliyik. Bu addım o insanı bir mərtəbə fərqləndirəcəksə - statusu nəzərdə tutmuram, insan öz içindəki emosiyada öz-özünə deyəcək ki, afərin, getdin ilk çıxan kimi aldın, sən bunu bacarırsan. İnsan öz-özünə “afərin, sən bacarırsan” dedirdə biləcəksə, “iPhone 17” almaqda heç bir sıxıntı yoxdur. Bütün atdığımız addımlar, emosional davranışlar bizim öz resurslarımıza görə doğru və haqlı olanlardır. Burada sıxıntı yoxdur. Qısacası insan nəyin kasıbıdırsa, onun varlısıymış kimi davranır”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin