Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gərginlik hələ də qalmaqdadır. Təxribatçı fəaliyyətini davam etdirən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq yeni təcavüz aktları həyata keçirmək niyyətini açıq şəkildə nümayiş etdirir. Bununla da bölgədəki gərginliyin yeganə səbəbkarı kimi münaqişənin danışıqlar yolu ilə həllinə birbaşa əngəl törədir. Ermənistan rəhbərliyi dərk etməlidir ki, Azərbaycan ərazilərinin işğalı faktı ilə heç zaman barışmayacaq və torpaqlarımızın bir santimetri belə düşmən işğalı altında qalmayacaq.
Son hadisələr bir daha Azərbaycan dövlətinin gücü, xalqla birliyini göstərdi. Bunu dövlətə və orduya dəstək aksiyasının keçirilməsi bir daha sübut etdi. Aksiya həm də sıravi əsgəri ilə ön cəbhədə olaraq şəhidlik zirvəsinə yüksələn generalımız və digər həlak olan zabit və əsgərlərimizin ruhuna dərin ehtiramın ifadəsi idi. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar və qeyri-hökumət təşkilatları Azərbaycan dövlətinin yanında olduqlarını bəyan etdilər. Bu gün minlərlə insan Prezidentin çağırışına səs verərək könüllü hərbi xidmət üçün qeydiyyatdan keçirlər. Bütün bunlar xalqın öz dövlətinə, rəhbərinə olan sevgisinin və inamının təzahürüdür.
Bununla belə, aksiya zamanı bir qrup şəxsin sərhəddə və cəbhə xəttində əməliyyatların getdiyi bir vaxtda ixtişaş törətmək cəhdləri, Milli Məclisin binasına qanunsuz girərək dağıntılar törətməsi, vətəndaşlıq mövqeyinə və dövlətçiliyə zidd olmaqla yanaşı, şəhidlərimizin müqəddəs ruhuna bir hörmətsizlik əlaməti idi. Dövlətimiz belə təxribatların qarşısını qətiyyətlə almış və bundan sonra da alacaqdır. Şübhəsiz ki, bu hadisələr araşdırılacaq və təqsirkarlar hüquqi müstəvidə layiqli cavablarını alacaqlar.
Bu gün istər pandemiyaya qarşı, istərsə də cəbhədə düşmənə qarşı mübarizədə ən vacib məsələ güclü milli iradə nümayiş etdirməklə həmrəyliyə nail olmaqdan ibarətdir. Ölkə ictimaiyyətinə və xalqımıza səslənərək bildirirəm ki, bu ağır, çətin günlərdə əqidəsindən, düşüncəsndən və siyasi baxışlarından asılı olmayaraq birlik nümayiş etdirmək, dövlətimizə və Ali Baş Komandana hərtərəfli dəstək olmalıyıq. Çünki, vətən uğrunda döyüşdə yalnız bir tərəf olur – işğalçı ölkə, təcavüzkar Ermənistan.
Həm bu günümüzü, həm də gələcəyimizi hədəfə alan mənfur düşmənlə mübarizədə qələbə çalmağın yeganə yolu bir olmaqdan, həmrəy olmaqdan, Cənab Prezidentin ətrafında sıx birləşməkdən keçir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin