BURADA REKLAMINIZ OLA
BİLƏR

Daimi susuzluğun sirri: ağız quruluğu nədən yaranır

Ağız quruluğu (tibbi adı ilə “kserostomi”) tüpürcək istehsalının azalması nəticəsində ağızda quruluq hissi yaranması halıdır.


Pravda.az bildirir ki, əsas simptomlara udqunma və danışmaqda çətinlik, ağızda yapışqanlıq hissi, boğazda yanma, çatlamış dodaqlar, dad alma qabiliyyətinin zəifləməsi və ağız qoxusu daxildir.


Ağız quruluğuna səbəb olan faktorlar arasında:


Susuz qalma — kifayət qədər su içilməməsi və ya artıq tər itirilməsi.


Dərmanlar — antidepresanlar, antihistaminlər, hipertoniya dərmanları və bəzi ağrı kəsicilər.


Diabet və hormon dəyişiklikləri - hamiləlik, menopoz dönəmi.


Ağızdan nəfəs alma — xüsusilə gecə zamanı burun tıxanıqlığı səbəbindən ağızdan nəfəs alma.


Müalicə yolları arasında bol su içmək, kafeinli və spirtli içkilərdən uzaq durmaq, şəkərsiz saqqız çeynəmək, ağız nəm salan sprey və gellər istifadə etmək, otaq havasını nəmləndirmək və lazım gəldikdə dərman dəyişdirmə və həkim məsləhəti var.


Əgər ağız quruluğu gecə daha da artarsa və ya xronik hala gəlibsə, qulaq-burun-boğaz və ya daxili xəstəliklərlə bağlı həkimə müraciət olunmalıdır.


Əminə Bayramova 

Tarix: 30 Sentyabr 2025, 08:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin