BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirliyinin filiallarında xuliqanlıq edən şəxsin cəzası azaldıldı

Gəncə Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Anar İbadovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Şəmkir Rayon Məhkəməsinin dəyişdirilib. Təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilib və onun 2 il 9 ay müddətə azadlıqdan məhrumetmə cəzası 1 il 6 aya endirilib.

 

İttihama görə, hadisələr 2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir və Qazax filiallarında baş verib.

 

Belə ki, Anar İbadov “qoyunçuluq təsərrüfatı” biznes ideyasının qeydiyyata alınması və sonradan qeydiyyatının dayandırılması barədə müraciətlərini bəhanə gətirərək, ictimai asayişi pozub, vətəndaşların hüquqlarına və qanuni mənafelərinə təhlükə yaradıb. Hadisələr zamanı orada olan şəxslərin 30-40 dəqiqə ərzində narahatçılığı yaranıb, iş rejimi qəsdən pozulub.

 

Bundan əlavə, təqsirləndirilən şəxs silah qismində istifadə olunan dəmir parçası ilə sözügedən nazirliyinin Qazax filialındakı dövlət əmlakına zərər vurub. Anar ümumilikdə 665 manat dəyərində dövlət əmlakını zədələməklə xuliqanlıq hərəkətləri törədib.

 

Kamal Məmmədov

Tarix: 30 Sentyabr 2025, 09:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin