BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını bıçaqlayan yeniyetməyə şərti cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri saxlamada təqsirləndirilən Ramin Hüseynovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü təqsirləndirilən şəxsə şərti czəa verilib.

 

İttihama görə, hadisə 23 yanvar 2025-ci il tarixdə, saat 22:00 radələrində Füzuli şəhəri ərazisində, məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının arxa hissəsində qeydə alınıb.

 

Belə ki, 2007-ci il təvəllüdlü Ramin Hüseynovla tanışı, zərərçəkmiş Cahid İmranovun (soyadı şərtidir) ona qarşı nalayiq ifadə işlətməsi nəticəsində aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman yeniyetmə üzərində gəzdirdiyi bıçaqla zərərçəkmiş şəxsə iki dəfə zərbə endirərək ona ağır bədən xəsarətləri yetirib.

 

Bundan başqa, təqsirləndirilən şəxs 26 mart 2025-ci il tarixdə Füzuli şəhəri ərazisində saxlanılarkən üzərinə və geyimindən ümumi təmiz çəkisi 7,62 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülüb.

 

İstintaq dövründə onun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmişdi.

 

Kamal Məmmədov

 

 

Tarix: 30 Sentyabr 2025, 10:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin