BURADA REKLAMINIZ OLA
BİLƏR

Maşınla atasının ölümünə səbəb olan “prava”sız sürücüyə şərti cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Xəyal Kərimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü təqsirləndirilən şəxsə şərti cəza verilib.

 

İttihama görə, hadisə 2025-ci il yanvarın 11-də, saat 16 radələrində Kürdəmir rayonu, Atakişili kəndi ərazisindən keçən Ağsu-Kürdəmir-İmişli-Bəhrəmtəpə avtomobil yolunun 40-cı kilometrliyində baş verib.

 

Belə ki, Xəyal Kərimov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkət zamanı yol hərəkəti qaydalarının tələblərinə riayət etməyib. O, ötmə əməliyyatı aparmaq üçün əks istiqamətdə hərəkət zolağına çıxaraq qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkətini nəzərə almayıb, toqquşmanı önləmək üçün zəruri tədbirlər görməyib. Nəticədə yolun sağ çiyin hissəsində “Chevrolet Cruze” markalı maşınla qarşı-qarşıya toqquşub.

 

Hadisə zaman “VAZ-2107” markalı avtomobildə sərnişin qismində olan, 1972-ci il təvəllüdlü Rafiq Musa oğlu Kərimov bədən xəsarətləri alıb. O, aldığı xəsarətlər nəticəsində həyatını itirib.

 

Hadisədən sonra Xəyal Kərimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov

Tarix: 30 Sentyabr 2025, 10:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin